Icma.az
close
up
RU
Vaqif Şadlinskinin 85 illik yubileyi keçirildi FOTO

Vaqif Şadlinskinin 85 illik yubileyi keçirildi FOTO

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Yanvarın 24-də Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar həkimi, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Rusiya Tibb Elmləri və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyalarının akademiki, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru, Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli  qeyd edib ki, Azərbaycan tanınmış ziyalılarının, elm, mədəniyyət, ədəbiyyat xadimlərinin, səhiyyə və təhsil işçilərinin yubileylərinin keçirilməsi ölkəmizdə bir ənənə halını alıb. Əsası xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan bu ənənəni möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyini, xüsusi fəaliyyətləri ilə seçilən şəxslərə həmişə yüksək qiymət verildiyini bildirib: “Bu gün universitetimizdə çox möhtəşəm bir gündür. Çünki bu il universitetimizin 95 illiyi keçirildi və bu uzun illəri zənginləşdirən, onu tarixə çevirən görkəmli korifeylərimizidir. Məhz belələrindən biri də professor Vaqif Şadlinskidir. Mən allahımdan çox razıyam ki, həyatımda həmişə yaxşı müəllimlərim olub və belə müəllimlərdən biri, bəlkə də birincisi elə Vaqif müəllimdir. Mənim Vaqif müəllimlə ilk tanışlığım 1984-cü il sentyabrın 1-də olub. O, zaman universitetin 1-ci kurs tələbəsi olaraq ilk dərsimiz anatomiya olub. İki semestr boyunca Vaqif müəllim bizə bu fənni tədris edib və tibb elmini sevdirən şəxs olub. Vaqif müəllim mənim ürəyimdə ən böyük müəllim və ən böyük ağsaqqaldır”. Tələbəlikdə əziz müəllimindən tibb elminin dərinliklərini öyrəndiyini söyləyən rektor, sadə, səmimi, uzaqgörən və müdrik insanın şanlı yubiley yaşını bir daha bütün professor-müəllim heyəti və tələbələr adından təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür diləyib.

Bundan sonra professor V. Şadlinskinin ömür yolunda və əmək fəaliyyətinə həsr olunmuş "Son məqsəd həqiqətdir" adlı sənədli film nümayiş etdirilib. Filmdə yubilyarın 85 il əvvəl dünyaya göz açdığı həyat yoluna işıq salınıb.

İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev yubilyarın keçdiyi elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məruzə edib. O, bildirib ki, Vaqif Bilas oğlu Şadlinski 1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda dünyaya gəlib. 1948-1950-ci illərdə deportasiya nəticəsində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində məskunlaşıb. 1959-cu ildə kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olub. 1963-cü ildə müvəfəqiyyətlə qəbul imtahanlarını verərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun Stomatologiya fakültəsinə daxıl olub və 1968-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub: “V. Şadlinski 1970-ci ildən ATU-nun İnsan anatomiyası kafedrasında baş laborant, assistent, baş müəllim, dosent, professor vəzifələrinə qədər yüksəlmiş, 1995-ci ildə kafedranın müdiri vəzifəsinə seçilib. O, bütün elmi tədqiqatları klinik təcrübə üçün ümdə əhəmiyyət kəsb edən, proqram xarakterli fundamental konsepsiyalara çevrilmiş, bütöv tibbi istiqamətlərin – neyrocərrahiyyənin, tibbi antropologiyanın, dental implantologiyanın ölkəmizdə və onun sərhədlərindən çox-çox uzaqlarda inkişafına təkan olub.

Sözünə davam edən məruzəçi vurğulayıb ki, akademik V. Şadlinskinin rəhbərliyi altında Azərbaycan, rus və ingilis dillərində, hər fakültə üçün ayrıca dərsliklərin tərtibi olmuşdur. Bu dərsliklər hər bir ixtisasın özəlliklərini nəzərə almaqla hazırlanıb və tələbələrin nəinki bü günü, eləcə də gələcəyini nəzərə alıb: “2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə V. Şadlinskiyə Əməkdar həkim fəxri adı verilmişdir. 2004-cü ildə o, Rusiya Tibb Elmləri akademiyasının akademiki, 2008-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, 2009-cu ildə Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib və bu akademiyanın Albert Şveytser medalı ilə mükafatlandırılıb. O, həmçinin 2009-cu ildə Türkiyənin Uluslararası Araşdırmalar Akademiyasının üzvü seçilib və həmin akademiyanın qızıl medalına layiq görülüb. V. Şadlinski BMT tərəfindən təsis olunmuş “I dərəcəli Hippokrat ordeni” və Hannoverdə beynəlxalq Konqresin təşkilat komitəsi tərəfindən Robert Kox medalı ilə təltif edilib.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə V. Şadlinski Əməkdar elm xadimi fəxri adına layiq görülüb. O, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilib. 2020-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilib.

V. Şadlinski “Anatom, Histoloqlar və Embrioloqlar elmi cəmiyyəti” ictimai birliyinin və 2021-ci ildən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədridir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2022-ci ildə V. Şadlinski Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2024-cü ilin dekabrında Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə akademik Vaqif Şadlinski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib”.

O, əlavə edib ki, vətənpərvərlik, el-obaya, doğma irsə bağlılıq akademik V. Şadlinskinin bütün fəaliyyətinin hər dövrdə qayəsini, strateji xəttini təşkil edir. Hər bir mühazirəni və təcrübə məşğələsini tutarlı dəlillərlə, konkret faktlarla klinika ilə nəzəriyyənin inteqrativ nümunəsinə çevirmək, hər mövzu üzrə bir deyil, bir neçə bilavasitə mövzunu işıqlandıran hadisələr, elmi arqumentlər nümayiş etdirmək – Vaqif müəllimim fitri istedadının nəticəsidir.

Natiq çıxışında V. Şadlinskinin ölkə səviyyəsində yerinə yetirdiyi ictimai işləri, beynəlxalq əlaqələri, çap etdirdiyi elmi-pedaqoji əsərləri, rəhbərliyi altında hazırlanan elmi-tədqiqat işləri haqqında da geniş söhbət açıb, ona beynəlxalq miqyasda verilən elmi və fəxri adları, yerli və beynəlxalq təltifləri diqqətə çatdırararaq yubilyarı kafedranın bütün əməkdaşları adından təbrik edib.

Konfransda çıxış edən Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov çıxışında professor Vaqif Şadlinskini tələbələrin dostu adlandırıb. O, vurğulayıb ki, tələbəlik illərində Vaqif müəllimi tələbələrə daim ədalətlə yanaşıb və eyni zamanda olduqca məsuliyyətli və tələbkar pedaqoq olub. Millət vəkilləridən Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev,  Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və millət vəkili Asif Əsgərov yubilyarı təbrik edərək ən xoş arzu və istəklərini bölüşüblər. Natiqlər onun elmə, tibbə, konkret olaraq anatomiyaya bağlı olan həyat yolundan epizodlar danışıb və 60 ildən atıq elmi fəaliyyətini çox yüksək dəyərləndiriblər. Çıxışlarda söylənilib ki, bütün peşəkar fəaliyyəti tibb elminin və tədrisinin mükəmməlləşməsinə, təbabətin fundamenti olan anatomiyanın inkişafına həsr olunmuş V. Şadlinskinin həyatı Vətənə, xalqa həsr olunub. Gərgin əməyi, fitri təşkilatçılıq istedadı, həmkarlarının və tələbələrinin arxa-dayağı olmaq kimi insansevərliyindən irəli gələn, İlahinin vergisi olan xüsusiyyəti sayəsində Vaqif Şadlinski təkcə tibb aləmində deyil, elm və təhsilin bütün sahələrində, ölkəmizdə və onun sərhədlərindən çox-çox uzaqlarda dərin hörmət və ehtiram qazanmışdır.

Tədbidə ölkəmizdən və xaricdən yubilyara ünvanlanmış təbrik məktubları və teleqramlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda professor Vaqif Şadlinski onu təbrik etməyə gələnlərə minnətdarlığını bildiərək deyib: “İlk dəfə 1970-ci il sentyabrın 1-də müəllim kimi auditoriyaya girmişəm. O vaxtdan sonra çox adamlar qolumdan tutub, himayədarlıq edib. Mənim elmi fəaliyyətimə həmişə böyük qayğı göstərən və dəstək verən mərhum və unudulmaz müəllimim professor Kamil Balakişiyevə, eləcə də həyatımın müxtəlif mərhələlərində mənə kömək əli uzadan hər kəsə minnətdarlıq edirəm. Ən böyük minnətdarlığım isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən və bu gün xalqımızın milli qəhrəmanına çevrilən Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevədir”.

Rəsmi hissədən sonra  konfrans öz işini elmi məruzələrlə davam etdirib.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri