Icma.az
close
up
RU
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Tibb Universitetində Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransda yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – Bayram Yusifov, akademik Abel Məhərrəmov, Aparat rəhbəri Ramin Həsənli, eləcə də ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin üzvləri, nüfuzlu alimlər, ictimai-siyasi xadimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Konfransda  çıxış edən Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının 35 min üzvü adından Vaqif Şadlinskini səmimi-qəlbdən təbrik edərək, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xalqımızın və dövlətimizin xoş gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə yeni-yeni uğurlar arzulayıb. Yubilyarın uzun illər ərzində çoxşaxəli və səmərəli fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına əvəzedilməz töhfələr verən böyük alim və nüfuzlu şəxsiyyət olduğunu vurğulayaraq, onu həm də hər birimizin ağsaqqalı adlandırıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri olaraq Vaqif müəllim müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə xalqımıza bu gün də dəyərli xidmətlər göstərir, öz aktiv fəaliyyəti ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın gələcək tərəqqisinə istiqamətlənmiş uğurlu daxili və xarici siyasətini hərtərəfli dəstəkləyir. Onun rəhbərliyi ilə rayon ağsaqqalları cəmiyyətimizin, xüsusilə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Natiq, həmçinin, tariximizdə silinməz izlər qoymuş əsilzadə Şadlinskilər nəslinin, bu nüfuzlu soyadın ləyaqətli davamçısı kimi müdrik ağsaqqal Vaqif Şadlinskinin gənclərimiz üçün örnək və nümunə olduğunu vurğulayıb. Sonra Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 85 illik yubileyi münasibətilə təltif olunan Vaqif Şadlinskiyə “Fəxri Ağsaqqal” döş nişanını və digər hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov da öz çıxışında Vaqif Şadlinskinin dəyərli xidmətlərindən ətraflı bəhs edərək, yubilyarın ölkəmizin elmi və ictimai həyatındakı fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, ömrünü respublikamızın tərəqqisinə, xalqımızın fiziki və mənəvi sağlamlığına, gələcək nəsillərin təlim-tərbiyəsinə və elmi-mənəvi yüksəlişinə həsr edən yubilyarın Azərbaycan Tibb Universitetinin yeni inkişaf mərhələsinə qədəm qoymasında, tədrisin keyfiyyətinin yüksəldilməsində və savadlı kadrların yetişdirilməsində böyük əməyi olmuşdur. Əhliman müəllim, həmçinin Vaqif Şadlinskinin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindəki xidmətlərini də xüsusi vurğulayaraq onu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, möhkəm cansağlığı və gələcək işlərində davamlı nailiyyətlər diləyib.
Tədbirdə çıxış edən digər natiqlər də yubilyarın Azərbaycan Tibb Universitetində uzun illər uğurla çalışdığını qeyd edərək, onun anatomiya elmində bir çox nailiyyətlər əldə etdiyini, nüfuzlu alim olduğunu diqqətə çatdırıblar. Vaqif müəllimi məsuliyyətli və tələbkar pedaqoq, müdrik ağsaqqal kimi dəyərləndirərək, onu 85 illik yubileyi münasibətilə təbrik ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski konfransda təşəkkür nitqi söyləyərək, ona göstərilən yüksək diqqətə və qayğıya görə hər kəsə öz minnətdarlığını bildirib.
Konfransda yubilyarın zəngin həyatına və çoxşaxəli fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri