Icma.az
close
up
RU
Vardanyan artıq son akkordlarını vurur RƏY

Vardanyan artıq son akkordlarını vurur RƏY

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Xarici təşkilatlara xərclədiyi pullar onun məsuliyyətdən kənarda qalmasına imkan yaratmayacaq və layiqli cəzasını alacaq


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirilib.


Məhkəmədə zərərçəkmiş şəxslər də ifadə verib.

Zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib. Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər. Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər. Məhkəmənin növbəti iclası martın 18-nə təyin olunub.

Qeyd edək ki, indiyə qədər keçirilən məhkəmə icraatlarında keçmiş qondarma "dqr"in saxta "prezident"ləri olmuş Araik Arutyunyan, Arkadi Qukasyan məhkəmədə həm özünü, həm də bütün erməni millətçilərini ifşa edən ifadələr verir. Qarabağın zorla Ermənistana birləşdirilməsi üçün əlindən gələni etmiş və işğal dövründə Azərbaycan xalqını qıcıqlandıran açıqlamaları ilə yadda qalmış bu xəyalpərəst separatçı-terrorçu ünsürlər indi Bakı məhkəməsinin kürsüsündə quzuya dönərək, özünü dünyaya realist insan kimi təqdim edir, əsrin etirafına imza atır və 38 il öncə aldatdıqları erməni xalqını bu gün "böyük Ermənistan" nağılına inanmamağa çağırırlar. Ruben Vardanyan isə onlardan fərqli olaraq ifadə verməkdən imtina edir, heç kimi ittiham etmir. Üstəlik, məhkəmədə xarici media nümayəndələrinin, beynəlxalq təşkilatların iştirakını tələb edir. 


Separatçıların məhkəmə prosesini şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təkcə hüquq müdafəçilərinin deyil, bütün ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğunu deyib:

 “Bu cinayətkar qruplaşmanın üzvləri 30 il ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə üst-üstə düşən cinayətlər törədiblər, həmçinin beynəlxalq hüquq normalarını pozmaqla bərabər bəşəriyyət üçün də təhlükəli olan çoxsaylı cinayətlər törədiblər. Müharibə cinayətləri törətməkdə təqsirləndirilən bu şəxslər separatizmi dəstəkləyən terror dəstələri yaradıb, onları maliyyələşdiriblər. Silahsız, əliyalın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı, deportasiya əməlləri törədib, soyğunçuluq ediblər. Bu baxımdan da onların məhkəmə prosesi və alacaqları cəza hər bir azərbaycanlı tərəfindən maraq doğurur. Azərbaycan bu məhkəmə prosesi ilə beynəlxalq hüququn suverenlik və cinayətlərlə bağlı norma və prinsiplərini pozaraq nəinki müstəqil dövlətin məhkəmə sisteminin işinə kobud şəkildə müdaxilə edib, həmçinin, 30 il ərzində Azərbaycan torpaqlarında separatçılığı dəstəkləmiş şəxslərin cəzasız qalmayacağını bütün dünyaya sübut etmiş oldu”. 

Araik Arutyunyan, Arkadi Qukasyanın həm istintaq, həm də məhkəmə ilə əməkdaşlıq etdiyini vurğulayan Ç.Qənizadə qeyd edib ki, onlar alacaqları cəzanın yüngülləşməsi naminə həqiqəti deyir, hərbi cinayətdə əli olan bütün erməni rəhbərlərini ifşa edirlər:


“Ruben Vardanyan isə onların əksinə, ittihamları rədd edərək sərsəm açıqlamalar verir. Xarici media nümayəndələrinin, beynəlxalq hüquq müdafiəçilərinin məhkəmə prosesində iştirakına icazə verilməsini istəyir. Arxasında duran himayədarlarının ona hansısa formada kömək edəcəyinə ümid edir. Ona elə gəlir ki, çirkli yollarla əldə etdiyi milyonları cəzasız qalmağına kömək edəcək. Vardanyanla bağlı beynəlxalq təşkilatların, Parlament Assambleyasının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının sərsəm bəyanatları, çağırışları da məhz onun çirkli milyonları hesabınadır. Lakin hamısı əbəsdir! Vardanyan artıq son akordlarını vurur. Zamanla o da anlayacaq ki, xarici təşkilatlara xərclədiyi pullar onun məsuliyyətdən kənarda qalmasına imkan yaratmayacaq və o, layiqli cəzasını alacaq. Azərbaycan Respublikasının iyirmiyə yaxın maddəsi ilə ittiham olunan ermənilərin törətdiyi cinayət əməlləri Araiklə Qukasyanın ifadələri ilə onsuz da sübuta yetirilir. Onlar sadəcə öz günahlarını yox, terrorun təşkilatçıları və iştirakçılarını ələ verməklə bizim hüquq-mühafizə orqanlarının ittihamlarını təsdiqləyirlər və hələlik azadlıqda olan digər erməni cinayətkarlarının iç üzünü açırlar. Araik Arutyunyanın ifadələri sadəcə eyni zamanda Ermənistan siyasi hakimiyyətinin məsuliyyət məsələsini gündəmə gətirir”.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, mövqelərimizin atəşə tutulması, yaşayış məntəqələrinə raket zərbələrinin vurulması əmrinin birbaşa İrəvandan verilməsi, müharibənin dayandırılması ilə bağlı hər hansı danışıqlara gedilməməsi barədə göstərişlərin verilməsi, 2020-ci ilin 18 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazmaq istəyən Araikə 19 oktyabrda Paşinyan tərəfindən rədd cavabının verilməsi kimi iddialar Ermənistanın yalnız əvvəlki siyasi hakimiyyətinin deyil, indiki rejimin də cinayətkar dəstələrlə əlbir olduğunu göstərir: 

“Buna görə də Ermənistan hakimiyyəti ciddi-cəhdlə məhkəmə prosesini şübhə altına almağa çalışır, gah onlara qarşı zor tətbiq edildiyini, gah da narkotik maddələrin təsiri altında bu cür danışdıqlarını iddia edirlər. Halbuki onlara istədikləri vəkili tutmaq və məhkəmə prosesində hüquqlarını müdafiə etmək üçün  kifayət qədər normal şərait yaradıb. Proses açıq və şəffafdır. Hətta Ruben Vardanyan və digər separatçı məhbuslar da Bakı həbsxanasında pis rəftara məruz qalmadıqlarını və normal şəraitdə saxlandıqlarını dəfələrlə bildiriblər. Odur ki, Ermənistanın siyasi rəhbərliyinin və ermənipərəst "hüquq müdafiəçiləri"nin bu separatçıların saxlanma şəraitləri və onlara qarşı pis rəftarla bağlı iftiraları absurddur və bu kimi bəhanələrdən bizə təzyiq vasitəsi kimi istifadə edə bilməzlər. Ümid edirik ki, məhkəmə qısa zamanda onlara layiq olduqları cəzanı verəcək. Heç bir xarici təsir onları bu məsuliyyətdən azad edə bilməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2025 07:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri