Icma.az
close
up
RU
Vardanyan istədiyi vəkil və tərcüməçi ilə təmin olundu RƏY

Vardanyan istədiyi vəkil və tərcüməçi ilə təmin olundu RƏY

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Heç kim narahat olmasın, bu şəxslər haqqında Azərbaycan məhkəməsi ədalətli qərar çıxaracaq

Azərbaycana və Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən növbəti məhkəmə iclasında prokurorlar ittiham aktının yekun hissəsinin elan edilməsini davam etdirirlər. İttiham aktının yekun hissəsi oxunduqdan sonra təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla bağlı fikirlərini bildirəcəklər. Xatırladaq ki, ötən prosesdə prokurorların elan etdiyi ittiham aktında Azərbaycanın ayrı-ayrı rayonlarına qarşı törədilmiş cinayətlər və bunun nəticəsində dəymiş ziyan üzə çıxıb.

Belə ki, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Ruben Vardanyanın müdafiəçisi, vəkil Avraam Berman hüquqlarını qoruduğu təqsirləndirilən şəxslə konfidensial görüş üçün şərait yaradılmasına dair vəsatət verib.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb. Məhkəmənin növbəti iclası fevralın 13-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.


Ağır cinayətlərdə ittiham olunan ermənilərin məhkəmə prosesini şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, Azərbaycan torpaqları işğal edildikdən sonra 30 il müddətində erməni hərbi birləşmələri tərəfindən soydaşlarımıza qarşı saysız-hesabsız cinayətlər törədilib. 44  günlük savaşdan və antiterror əməliyyatı tam başa çatdıqdan sonra cinayətkar dəstənin bir qrup üzvünün həbs edilərək Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən istintaqa təhvil verildiyini xatırladan hüquq müdafiəçisi “Sherg.az”a açıqlamasında qeyd edib ki, indi hamımız çoxdan arzulanan məhkəmə prosesinə şahidlik edirik:


 “Əvvəla onu deyim ki, Azərbaycan dövləti prosesə hüquq çərçivəsində yanaşaraq, məhkəmə önünə çıxarılan erməni milliyyətindən olan təqsirləndirilən şəxslərin tərcüməçi və vəkillə təmin olunması istiqamətində bütün lazımi tədbirləri həyata keçirib. Məhkəmə prosesinin açıq keçirilməsi prosesin düzgün və ədalətli şəkildə aparılacağını, təqsirləndirilənlərin beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə uyğun şəkildə mühakimə olunacağını deməyə əsas verir. Bu isə ona dəlalət edir ki, təqsirləndirilənlərdən hər hansı birinin günahı məhkəmədə sübut olunmazsa, onun bəraət alması barədə müvafiq qərarın veriləcəyi şübhə doğurmur. Lakin çox təəssüf ki, xaricdə erməni lobbisinin təsiri altında olan, Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edən şəxslər, dövlətlər beynəlxalq hüquq normalarını tapdalayan, digər dövlətin ərazisinə və suverenliyinə qəsd edən, saysız-hesabsız mülki insanı qətlə yetirən cinayətkarları müdafiə edirlər. Onlar məhkəmə önünə çıxarılan bu şəxsləri əsir kimi qiymətləndirirlər, onların azad olunmasını tələb edirlər, amma həmin şəxslər bilməlidir ki, bu cinayətlər onların özlərinin ölkələrində baş vermiş olsaydı, onda nələr olardı, hansı tədbirlər görülərdi. Çox təəssüf ki, Xocalı soyqırımını törədən, on minlərlə insanı məhv edən, kəndləri, şəhərləri dağıdan, işğal zonasında beynəlxalq hüquq normalarına zidd olaraq vandalizm həyata keçirənləri müdafiə edirlər. Bu cinayətkarların havadarlarına müraciət edərək demək istəyirəm ki, heç nədən narahat olmasınlar, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir, burada hətta cinayətkarların belə - istər Azərbaycan, istərsə də qeyri-dövlətlərin vətəndaşları olsun, onların hüquqları qanunla qorunur".


Ruben Vardanyanın məhkəmə prosesinə toxunan hüquq müdafiəçisi onun istədiyi vəkil və tərcüməçi ilə təmin olunduğunu vurğulayıb:

 “Çox narahat olmasınlar, bu şəxslər ədalətli mühakimə olunacaq və məhkəmə hansı qərara gələcəksə, onunla da cəzalandırılacaqlar. Bu cəzalandırma prosesi özü də Azərbaycan qanunlarından kənara çıxmayacaq. Sakit otursunlar, haray-həşir qoparmasınlar, çünki bunun heç bir mənası yoxdur. Azərbaycan dövləti qüvvədə olan qanunlara uyğun olaraq bu təqsirləndirlənləri mühakimə edir və cəza da qanun çərçivəsində veriləcəkdir. Günahı olmayanlar aşkar olunarsa, onda təbii ki, digər qanunlar da qəbul olunacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri