Icma.az
close
up
RU
Vardanyan kimi separatçı cinayətkarlarla bağlı son sözü Azərbaycan məhkəməsi deyəcək

Vardanyan kimi separatçı cinayətkarlarla bağlı son sözü Azərbaycan məhkəməsi deyəcək

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Tarixə qovuşmuş qondarma “dqr”ın keçmiş "dövlət naziri" Ruben Vardanyanın Bakı məhkəməsində ifadə verməkdən müxtəlif bəhanələrlə imtina etməsi, mənasız "aclıq aksiyası" keçirməsi, məhkəmə iclası zamanı hakimin suallarını cavablandırmaqdan imtina etməsi növbəti erməni hiyləgərliyindən başqa bir şey deyil. O, məhkəmə zamanı guya beynəlxalq hüquq normalarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmək və susmaq taktikasına əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır.
Lakin bu cür ucuz üsulların və cəhdlərin hamısı əslində Vardanyanın öz-özünü aldatmasından başqa bir şey deyil. O, xam xəyallar qurmaqla məşğuldur. Onun ağaları və ya məsləhətçiləri ona uğursuz və səmərəsiz məsləhətlər verirlər. Vardanyan bu cür aclıq və susqunluq "şou"ları ilə heç nəyə nail ola bilməz. Onun ədalət məhkəməsi qarşısında cavab verməkdən və məsuliyyətdən yaxa qurtarması qeyri-mümkündür.
Vardanyanın ittiham olunduğu çoxlu sayda cinayət əməllərini sübut edən danılmaz faktlar var. Bu adamın adı Azərbaycan ərazisində separatçılıq və terrorçuluq fəaliyyətlərinin həyata keçirilməsində təqsirləndirilən şəxslərin siyahısında lap başda gəlir. Belə bir şəxsin hansısa "şou"larla, hoqqabazlıqlarla cinayət məsuliyyətindən yaxa qurtarması mümkünsüzdür.
Əlbəttə, məhkəmə iclasında susmaq, ifadə verməmək onun qanuni haqqıdır. Lakin Vardanyan məhkəmədə ifadə verməməklə nəyəsə nail olacağına ümid bəsləməklə ciddi şəkildə yanılır. O, özünü məzlum görkəminə salıb məhkəmədə ifadə verməsə də belə, ərazi bütövlüyümüzə qarşı addımlar atdığına görə, Azərbaycan xalqına və dövlətinə qarşı separatçılıq və terrorçuluğu təşviq etdiyinə, maliyyələşdirdiyinə görə qanun qarşısında cavab verməli olacaq. Bu cür ağır cinayətlərdə adı keçən bir şəxsi nə hiyləgər "şou"lar, nədəki onun "beynəlxalq ictimaiyyət" adı altında gizlənən havadarları xilas edə bilməz. Vardanyan kimi separatçı cinayətkarlarla bağlı son sözü Azərbaycan məhkəməsi deyəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri