Icma.az
close
up
RU
Vardanyan işi, Avropa Məhkəməsi və...

Vardanyan işi, Avropa Məhkəməsi və...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yoxsa Avropa Şurası Azərbaycanla qərəzi dərinləşdirmək niyyətindədir?

Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzi adlanan təşkilatın rəhbəri, vəkil Siranuş Saakyan Qarabağdakı separatçı rejimdə oyuncaq “dövlət naziri” postunu tutmuş, hazırda Bakıda məhbus həyatı yaşayan Ruben Vardanyanın işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət göndərib. Söhbət Azərbaycan həbsxanalarında cəza çəkən erməni əsilli şəxslərin maraqlarını təmsil etməsi ilə yadda qalan Saakyandan gedir. Amma mövzumuzun bilavasitə bu şəxsə aidiyyəti yoxdur. Üzərində dayanacağımız məsələ başqadır.

Deməli, “Armenpress” informasiya agentliyi vəkilin sözügedən məsələyə dair bəyanatının tam mətnini yayıb və bu barədə sonda söz açacağıq. Hələlik isə bildirək ki, R.Vardanyan 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 maddəsi üzrə irəli sürülmüş 41 ittiham bəndi ilə təqsirli bilinib, hakimiyyətin zorla ələ keçirilməsində, qanunsuz sahibkarlıqda və terrorizmi maliyyələşdirməkdə günahlandırılıb. Həmçinin, Rubenin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olması Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə kimi qiymətləndirilib.

S.Saakyan isə sözügedən şikayətində Vardanyanla bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 8 maddəsinin pozulduğunu iddia edib. Vəkil, həmçinin, iddiasını təsdiqləyən hüquqi əsaslandırmaların da məhkəməyə təqdim olunduğunu bildirib. Qeyd edək ki, Vardanyan Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyib, hesab edib ki, guya, məhkəmə prosesi səhnələşdirilmiş, nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş xarakter daşıyıb və mövcud şəraitdə Azərbaycanın daxili hüquqi müdafiə vasitələrindən faydalanmaq səmərəsizdir. Çox güman, o, beynəlxalq mexanizmlərin işə salınmasını məqbul sayıb ki, vəkil Saakyanın AİHM-ə müraciətinin məqsədi məhz budur. Amma..

Əslində, üç “əmma” var. Birinci “əmma” AİHM-ə müracət proseduru ilə bağlıdır. Məhkəmə, adətən, o halda işə baxır ki, ərizəçi ölkə daxilindəki mövcud effektiv hüquqi müdafiə vasitələrini istifadə edib onları tükəndirmiş olsun. Yəni birinci məhkəmə instansiyasının qərarından sonra apellyasiya, məqsədə çatılmadıqda kassasiya şikayəti verilməlidir. Vardanyan buna lüzum görmürsə, sual yaranır: AİHM vəkil Saakyanın şikayətinə hansı əsasla baxacaq?

Deməli, AİHM iki halda ölkə daxilindəki digər məhkəmə instansiyaları keçilmədən şikayəti icraata götürə bilər. Birincisi, apellyasiya və ya digər hüquqi müdafiə vasitəsi qanunla mövcud olmadıqda. İkincisi, mövcud olsa da, praktikada açıq-aşkar səmərəsizdirsə və pozuntunu aradan qaldırmaq imkanına malik deyilsə. Yəni ərizəçi iddia edirsə ki, onun həyatı, sağlamlığı və ya digər fundamental hüquqları üçün təcili və geridönməz təhlükə mövcuddur, AİHM-dən təxirəsalınmaz müvəqqəti tədbir görülməsini xahiş edə bilər. Belə hallarda daxili hüquqi vasitələrin tam tükəndilməsi həmişə tələb olunmur. Söhbət məhkəmənin 39-cu qaydası deyilən prosedurun tətbiqindən gedir.

İkinci “əmma” birincinin davamıdır. Yəni AİHM Vardanyanla bağlı məsələyə baxsa, Azərbaycanın məhkəmə sisteminin legitimliyini şübhələndirmək yolu tutacaq. Barəsində anons etdiyimiz üçüncü “əmma” AİHM-nin Saakyanın təqdim etdiyi şikayətə baxacağı təqdirdə yaşanacaq. Görəsən, belə bir ehtimal varmı? Suala cavab tapmaq üçün Azərbaycan–Avropa Şurası münasibətlərinin hazırkı vəziyyətinə diqqət yetirmək şərtdir. Vəziyyət isə ürəkaçan deyil. Fikrimizin sübutu baxımından Prezident İlham Əliyevin iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi tezislərə nəzər salaq: “Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ, insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?”

Haşiyə çıxaq ki, AİHM Avropa Şurasının məhkəmə orqanıdır, ikincinin qəbul etdiyi ən mühüm hüquqi sənədin – “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın tətbiqinə nəzarət edir. Başqa sözlə, Avropa Şurası siyasi və hüquqi beynəlxalq təşkilatdır, sözügedən konvensiya Şura çərçivəsində qəbul edilmiş beynəlxalq müqavilədir, AİHM isə sənədin icrasına nəzarət edən məhkəmədir.

Bütün bu bildirdiklərimiz fonunda Vardanyanın işi ilə bağlı AİHM-ə müraciət ünvanlanması, istər-istəməz, şübhələrə yol açır. Belə düşünə bilərik ki, hər şey planlaşdırılıb və Avropa Şurası Azərbaycanla 2023-cü ilin sentyabrından – ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra başlatdığı konfliktin davamında israrlıdır. Hər halda, belə bir ehtimalı nəzərdən keçirməyə dəyər. AİHM-də qərarların hansı prinsiplərə əsasən qəbul edilməsindən də yaxşı xəbərdarıq. O zaman Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bir fikrə də diqqət yetirək. Dövlətimizin başçısı bildirmişdi ki, “biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq”.

Hesab edirik ki, Prezident İlham Əliyevin həm bu, həm də əvvəlki iqtibasda diqqətə çatdırdığımız fikri Avropa Şurasına ünvanlanmış ciddi ismarışdır. Güman edirik ki, qurum nəticə çıxaracaq və Azərbaycanla ziddiyyətləri dərinləşdirmək yolu tutmayacaq. Sonda üzərində dayanacağımızı vəd etdiyimiz məsələyə gəlincə, deyək ki, Saakyanın R.Vardanyanın müdafiəsi ilə bağlı fikirlərini tirajlayan “Armenpress” Ermənistanın rəsmi media qurumudur və bu qurum vəkilin bəyanatındakı “Artsax” cəfəngiyyatını, habelə, Azərbaycanın məhkəmə sisteminə həqarət ritorikasını yayır. İndi necə düşünək? Düşünək ki, rəsmi İrəvan R.Vardanyanı qorumağa, onun azadlığa çıxmasına çalışır? Əlbəttə, bir qədər fərqli düşünüb Ermənistan dövlətinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxdığı barədə də fikir yürüdə, belə yanaşmanın Azərbaycan-Ermənistan sülh prosesinə xələl gətirdiyini söyləyə bilərik. Amma hələlik nə söyləyir, nə də düşünürük. Gözləyək və görək AİHM müstəvisindəki Vardanyan oyunbazlığı nə ilə nəticələnəcək.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri