Icma.az
close
up
RU
Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ruben Vardanyan 20 il müddətində azadlıqdan məhrum edildi. Erməni diasporu/lobbisi Bakıda məhkəmə qarşısına çıxarılanların azad edilməsi ilə bağlı kampaniyada üstünlüyü xüsusilə Ruben Vardanyana verir, digərlərini onun fonunda müdafiə edirdilər. Bunun səbəbi Vardanyanın pulu və nüfuzlu dostları idi. Misal üçün, USAİD-in rəhbəri, “erməni soyqırımı”nın qatı müdafiəçisi, Azərbaycana qarşı isə sərt mövqe sərgiləyən Samanta Pauerlə Vardanyan arasında isti münasibətlər olub, birincinin bu münasibətlərdən gəlir əldə etdiyi haqda məlumatlar da var. Rubenin Bakıda istintaqa Samanta Pauerlə bağlı lazımi informasiyalar verdiyi də deyilir.

Vardanyan sona qədər ümid edirdi ki, separatçılar arasında heç olmasa o, azad ediləcək, lakin nə pulu, nə də dostları onu xilas edə bildi. Onun məhkəmə qarşısına çıxarılması isə təkcə ədalətin bərpası yox, həm də beynəlxalq cinayətin qarşısının alınması, eyni zamanda, Ermənistan siyasətinə yön vermək demək idi. Onun Qarabağa gəlişinin hədəflərinə baxdıqda bunu anlamaq olur.

Vardanyan Qarabağa çirkli pulların yuyulmasını davam etdirə bilmək və Qərb sanksiyalarından yayınmaq məqsədilə gəlmişdi. Onun “Troyka dialoq” bankı uzun illər çirkli pulların yuyulma platforması kimi istifadə olunub. İşğal dövründə Qarabağa “xeyriyyə” məqsədilə yatırdığı “investisiya”lar da əslində çirkli pulların yuyulması idi. “Forbes”in məlumatına görə, Ruben 2001-2023-cü illər ərzində Ermənistan və Qarabağa 700 milyon dollardan çox “sərmayə” qoyub, təkcə 2022-ci ildə - Xankəndiyə gəlişi zamanı 900 min dollar pul xərcləyib.

Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı sanksiyaların hədəfinə çevrilən Vardanyan Qarabağa qaçmaqla günahını siyasi vitrinə çıxmaqla təmizləməyi də düşünürdü. Hesab edirdi ki, Qarabağda xərclədiyi pullar Qərbdə separatçıları dəstəkləyənlər tərəfindən alqışla qarşılanacaq, o cümlədən, Rusiyanın etimadını doğruldacaq. Əslində, buna müəyyən qədər nail oldu da. Və Xankəndidə “xilaskar” obrazının yaradılması fonunda Ermənistan siyasətinə qoşulmaq gedişləri də etdi. Bu, Kremlin mətbəxində hazırlanmış ssenari idi. Separatçıları qorumağa çalışan Rusiya əlavə pul xərcləməmək üçün Vardanyanın maliyyəsindən istifadə etdi. Xankəndidə plan baş tutmayacağı təqdirdə, Ruben İrəvana “artsaxın qəhrəmanı” kimi gedəcək, “oliqarx siyasətçi” kimi Paşinyana qarşı siyasi mübarizənin liderinə çevriləcəkdi.

Bu baxımdan, Rubenin Xankəndidən İrəvana gedərkən, Laçın postunda həbs edilməsi və nəhayət, məhkəmə hökmü ilə cəzalandırılması Bakının regional prosesləri nəzarətdə saxladığı və hadisələrin inkişafına yön verməsi kimi də qiymətləndirilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri