Icma.az
close
up
RU
Vardanyanın xilas üçün sərhəd hiyləsi

Vardanyanın xilas üçün sərhəd hiyləsi

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bakıda mühakimə olunan separatçı iddia edir ki, guya o, “sərhədini keçəndə” həmin bölgədə Azərbaycan postu olmayıb, amma...

Ermənistan vətəndaşı Ruben Vardanyanın noyabrın 4-də keçirilən məhkəmə prosesi onun absurd tələbi ilə diqqət çəkib. Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır. Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib.

Vəsatətə münasibət bildirən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib.

Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər.

Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib. Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.

Ruben Vardanyanın gətirdiyi “arqumentləri” vaxtilə Avropa Məhkəməsinə daşıyan separatçılar da olub. Ruben Vardanyan və vəkilinin Azərbaycan sərhədini qanuni keçməsinə dair iddiası, əslində, beynəlxalq hüquqda artıq cavablandırılmış məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oxşar situasiyalarla bağlı çoxsaylı qərar qəbul edib və bu qərarların məntiqi tam şəkildə Vardanyanın vəziyyətinə aiddir. Məsələn, “İlaşcu və digərləri Moldovaya və Rusiyaya qarşı” (2004) işində məhkəmə bəyan etmişdi ki, beynəlxalq səviyyədə tanınmayan “Dnestryanı Respublikası” adlı qurumun qəbul etdiyi qərarlar və həyata keçirdiyi “idarəçilik” aktları hüquqi qüvvəyə malik deyil. AİHM açıq şəkildə bildirdi ki, belə ərazilərdə fəaliyyət göstərən şəxslər tanınmış dövlətin, yəni Moldovanın qanunlarına tabedirlər. Bu presedent göstərir ki, Ruben Vardanyanın da Laçın dəhlizi vasitəsilə qanuni keçid iddiası hüquqi baxımdan əsassızdır. Çünki Qarabağ ərazisi beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisidir və oradan icazəsiz keçid, istər sülhməramlı müşahidəsi altında olsun, istərsə də yerli rəhbərliklə razılaşdırılmış, qanunsuz sayılır. “Catan və digərləri Moldovaya və Rusiyaya qarşı” (2012) işində də AİHM separatçı rejimin “öz qanunları”nı tətbiq etməsini tanımayıb və qeyd edib ki, beynəlxalq hüquqa görə həmin ərazinin statusu dəyişmir. Beləliklə, “faktiki idarəetmə” heç vaxt “qanuni idarəetmə” anlamına gəlmir. Vardanyan məhz belə bir arqument irəli sürür ki, guya o, “Azərbaycan sərhədini keçəndə” həmin bölgədə rəsmi Azərbaycan postu olmayıb. Ancaq AİHM-in qərarına görə, bu amil suverenliyin dəyişməsi anlamına gəlmir. Yəni sərhəd postu orada olsa da, olmasa da, ərazi Azərbaycanındır və ora icazəsiz daxil olan şəxs qanunu pozur. “Mozer Moldovaya və Rusiyaya qarşı” (2016) işi üzrə verilən qərarda da AHİM “Dnestryanı” adlı qurumun istənilən hüquqi aktını, sənədini və qərarını hüquqi baxımdan etibarsız sayıb. Məhkəmə vurğulayıb ki, belə rejimlər beynəlxalq tanınmadığı üçün onların “icazələri” və “sərhəd nəzarətləri” də heç bir hüquqi qüvvəyə malik deyil. Bu presedentə görə, Vardanyanın “sərhədi qanuni keçməsi” üçün ya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü, ya da Azərbaycan tərəfinin rəsmi icazəsi olmalı idi. Bu sənədlər olmadıqda, istənilən keçid faktı, xüsusilə də gizli şəkildə və separatçı məqsədlərlə qanunsuz sayılır. AİHM-in presedent hüququ bir mənanı ortaya qoyur: separatçı və tanınmamış rejimlərin nəzarət etdiyi ərazilərdə “qanuni sərhəd keçidi” anlayışı yoxdur. Həmin ərazilərə daxil olan istənilən şəxs beynəlxalq səviyyədə tanınmış dövlətin, bu halda Azərbaycanın qanunlarını pozub. Deməli, Ruben Vardanyanın sərhədi “qanuni keçdiyini” sübut etmək üçün istinad etdiyi arqumentlər hüquqi dəyər daşımır. Bu iddia onun özünün cinayət məsuliyyətini yüngülləşdirmir, sadəcə, məhkəmə prosesini uzatmaq və siyasi mübahisə atmosferi yaratmaq cəhdidir.

Bəs indiki halda Vardanyan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını niyə xahiş edib? Doğrudanmı sərhədi qanuni keçdiyini düşünür?

Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə ekspert, politoloq Fərhad Mehdiyev “Yeni Müsavat”a deyib ki, Laçın rayonunun Ermənistanla sərhəd olan hissəsi Azərbaycanın beynəlxalq tanınan sərhədləri daxilindədir: “2020-ci ilin noyabrından etibarən Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq tərəfdaşlarına nota göndərmişdi. Qanunsuz keçid halları, o cümlədən Ruben Vardanyan kimi şəxslərin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olması ölkəmizin suveren hüquqlarının pozulması kimi qiymətləndirilib. Əgər Vardanyan iddia edirsə ki, sərhədi qanuni şəkildə keçib, o zaman bu "qanuni keçid"in hansı dövlət orqanının icazəsi ilə baş verdiyini, pasportuna hansı möhürün vurulduğunu sübut etməlidir. Halbuki nə onun, nə də digər separatçı fiqurların belə sənədləri təqdim etməsi mümkün deyil. Çünki həmin dövrdə Azərbaycan ərazisində qanuni keçid məntəqələri fəaliyyət göstərmirdi, yalnız Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan zonadan istifadə edilirdi. Bu isə beynəlxalq hüquq baxımından Azərbaycanın razılığı olmadan həyata keçirilən hərəkət deməkdir. Vardanyanın məhkəmədə Dövlət Sərhəd Xidmətinin nümayəndəsini çağırmaqdla məqsədi prosesi uzatmaq, sərhədin statusu barədə süni mübahisə yaratmaqdır. O, özünü siyasi məhbus, yaxud qanunsuz saxlanılan şəxs kimi təqdim etməyə çalışır. Halbuki ortada faktlar var, Ruben Vardanyan Azərbaycanın suveren ərazisinə gizli yolla, heç bir rəsmi icazə almadan daxil olub, sonra isə orada separatçı fəaliyyətlə məşğul olub".

Fərhad Mehdiyevin sözlərinə görə, istər beynəlxalq hüquq, istərsə də Azərbaycan qanunvericiliyi baxımından bu, açıq şəkildə dövlət sərhədini qanunsuz keçməkdir və cinayət sayılır: “Azərbaycanın mövqeyi bu məsələdə tam legitimdir. Dövlətin sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və hər kəs, istər vətəndaş, istər əcnəbi olsun həmin sərhədi yalnız müəyyən edilmiş qaydalarla keçə bilər. Həmin ərazilərdə o dövrdə sərhəd postlarının olmaması, yaxud texniki nəzarətin Rusiya sülhməramlılarının əli ilə aparılması bu faktı dəyişmir. Çünki suverenlik prinsipi dəyişməzdir. Deməli, Vardanyan həmin ərazilərə daxil olmaqla, hüquqi baxımdan Azərbaycanın sərhəd qanunvericiliyini pozub”. Ekspertin fikrincə, Ruben Vardanyanın bu cür vəsatətləri daha çox beynəlxalq ictimai rəyi manipulyasiya etmək, məhkəmənin qərəzli olduğu təəssüratını yaratmaq məqsədi daşıyır: “Əslində isə onun hər bir addımı hüquqi baxımdan əvvəlcədən uduzulmuş bir strategiyadır. Çünki qanunsuz sərhəd keçidini nə arqumentlə, nə də ritorika ilə leqallaşdırmaq mümkün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri