Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Vardanyanın cinayətinə şərik olanlar...

Vardanyanın cinayətinə şərik olanlar...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı təqsirləndirilən Ruben Vardanyanın məhkəməsi başlayır.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Ruben Vardanyan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təcavüzkar müharibəni planlaşdırma, aparma, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin məcəllənin cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

Lakin ermənilər həmişə olduğu kimi, bu dəfə törətdikləri cinayət əməllərinə görə özlərini nəinki günahsız, hətta məzlum tərəf sayır.

İstər Ermənistanda, istərsə də başqa ölkələrdə yaşayan ermənilər Ruben Vardanyandan “hüquqları pozulan”  humanist insan obrazı yaratmağa çalışır.

Vardanyan amilindən yalnız Ermənistandakı revanşist dairələr deyil, onu özünün siyasi düşməni hesab edən Nikol Paşinyan hakimiyyəti də manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışır.

Beynəlxalq təşkilatlarda, müxtəlif ölkələrin parlamentlərində separatçı rejimin keçmiş rəhbərlərini, o cümlədən Ruben Vardanyanı “siyasi məhbus” kimi təqdim etməklə, Azərbaycana qarşı təzyiq kartı kimi istifadə etməyə çalışırlar.

Vardanyan və onunla birlikdə qondarma rejimin həbs edilmiş digər cinayətkar nümayəndələrinin azadlığa buraxılması ilə yanaşı, 100 min erməninin Qarabağa köçürülməsi kampaniyasının aparılmasında məqsəd Azərbaycan ərazisində separatçılığı yenidən bərpa etməkdir.

Halbuki, istər Vardanyan, istərsə də Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David İşxanyan, Davaid Babayan və digəriləri onlara qarşı irəli sürülən ittiham aktı ilə əvvəlcədən tanış olublar və buna etiraz etməyiblər. 

Eyni zamanda, bir ildən artıq davam edən istintaq müddətində onlar mütəmadi olaraq beynəlxalq müşahidəçilərlə görüşüblər və saxta ittihamlarla saxlandıqlarına dair hər hansı məlumat verməyiblər.

Milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılaraq 44 günlük müharibədən sonra Qarabağa zəifləmiş erməni separatizmini gücləndirmək üçün göndərildiyi bütün dünya ictimaiyyətinə məlumdur. Bu baxımdan, Rusiya sülhməramlı kontingentinin ardınca Vardanyanın Qarabağa gəlişi məqsədyönlü planın tərkib hissəsi idi.

Rusiyalı milyarderin qondarma rejimin “dövlət naziri” təyin edilməsi də məhz növbəti mərhələdə onun terrorçu rejimin başına gətirlməsinə hesablanmışdı. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd təşkil edən Ruben Vardanyanın indi özünü günahsız hesab etməsi üçün hər hansı əsas yoxdur.

Əslində, Vardanyanın regiona münaqişəni yenidən alovlandırmaq üçün göndərilmiş bir siyasi emissar olduğu da hamıya aydındır. 

Vardanyanın 2022-ci il dekabrın 19-da erməniləri yenidən silahlanıb Azərbaycana qarşı müharibəyə çağırması onun terrorçu və hərbi cinayətkar olduğunu açıq sübut edir:

“Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”. Ona görə də Vardanyanın günahsız qurban imicini yaratmaq heç bir nəticə verməyəcək, siyasi şoudur. 

Vardayanın missiyası bununla bitmir. Ona bütün  bölgəni qarışdırmaq tapşırılmışdı. Uzaq perspektivdə plan Vardanyanı “Qarabağ klanı” üzərindən Ermənstanda hakimiyyətə gətirmək olub. 

Ona görə də Nikol Paşinyan onun Ermənistana girişini qadağan  etmişdi. Bu gün Vardanyanın Azərbaycanda həbsdə saxlanılması Paşinyanın siyasi maraqlarına cavab verir. Ermənistanın Baş naziri Vardanyan məsələsində gerçək mövqeyini bu il avqustun 31-də keçirdiyi mətbuat konfransında açıq demişdi:

“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi?

Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə Ermənistana, “Dağlıq Qarabağ”a kim göndərdi? Sonunda kim dedi:

“Bilirsən nə var? Biz onun kim olduğunu bilmirik. Çünki o, başqa ölkənin vətəndaşıdır”.

Bununla Paşinyan Vardanyanın xüsusi siyasi təlimatla Qarabağa gəldiyini, özünün ağılsızlığının qurbanı olduğunu və sonda Rusiyanın onu sona qədər himayə etmədiyinə eyham vurub. 

Ruben Vardanyanın terroru və separatizmi maliyyələşdirməsi beynəlxalq səviyyədə təsdiq olunub. Belə ki, Ukrayna 2023-cü ilin iyun ayında Ruben Vardanyanı sülhməramlı sanksiya siyahısına daxil edib. 

Siyahıya əsasən, o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli şəxs” kimi qeyd edilib. 

Vardanyan Donbasda separatçılığa və terror fəaliyyətinə dəstək verməkdə ittiham olunur. 

“Sülhməramlılar Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytındakı bu dərci həmin vətəndaşın Ukraynanın milli təhlükəsizliyinə, sülhə, insan təhlükəsizliyinə və beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər törətməsi, habelə digər qanun pozuntuları barədə bəyanat kimi qiymətləndirsinlər” -Ukrayna tərəfinin yaydığı rəsmi məlumatda belə deyilir. 

Vardanyanın Ukraynadakı terrorçuluq və separatçı regionlarda “çirkli pullar”ın yuyulması ilə bağlı cinayətkar fəaliyyətini Qərb ölkələri də tanıyıb.

Hətta ABŞ tərəfindən Vardanyana qarşı sanksiya tətbiq olunub. Belə olan halda  Vardanyanın ailəsi tərəfindən tutulmuş amerikalı “vəkil” Henserin onu “xeyriyyəçi” və “siyasi məhbus” adlandırması onun qara əməllərinə şərik olmaqdır.  

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri