Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində nələr danışıldı? FOTOLAR

Vardanyanın məhkəməsində nələr danışıldı? FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

Modern.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Ruben Vardanyanın müdafiəçisi, vəkil Avraam Berman hüquqlarını qoruduğu təqsirləndirilən şəxslə konfidensial görüş üçün şərait yaradılmasına dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib, təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb və bununla bağlı məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib.

Sədrlik edən hakim məhkəmə prosesinə yeni tərcüməçilərin cəlb olunduğunu elan edib. İttiham və müdafiə tərəfi məhkəmə baxışına yeni cəlb olunan tərcüməçilərin iştirakına etiraz etməyib.

Daha sonra Ruben Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri etirazı müdafiə ediblər.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.

Bununla əlaqədar məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.

İttiham aktının Ermənistan dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə yaradılmış cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunmasına dair cinayət əməlləri üzrə epizodları elan edilib.

Dövlət ittihamçısı Vüsal Abdullayev vurğulayıb ki, irəli sürülmüş ittihama əsasən qeyd olunan Ermənistan dövlətinin, onun silahlı qüvvələrinın və qanunsuz silahlı birləşmələrin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının tam, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun 7 kəndi - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra kəndləri yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla, müxtəlif fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə, talan edilməklə və digər üsullarla işğal edilib.

İşğal nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal edilərək uzun illər ərzində işğal altında saxlanılıb. Bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr, muzeylər, tarixi binalar və qalalar üzrə 906 milyon manatdan artıq olmaqla, ümumilikdə 20 milyard manatdan artıq maddi ziyan vurulub.

Dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktının nəticəvi hissəsinin elan olunmasını davam etdirərək işğal nəticəsində dinc sakinlərin zorakılıqla yoxa çıxarılması, əsir və itkin düşmüş şəxslərə dair faktları, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov isə muzdlu döyüşçülərdən istifadə olunması, Azərbaycan Respublikasının iqtisadiyyatına, ekologiyasına ciddi ziyan vurulması faktlarını sadalayıb.

İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi bildirilib.

Məhkəmənin növbəti iclası fevralın 13-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri