Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər YENİLƏNİB + FOTOLAR

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər YENİLƏNİB + FOTOLAR

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 6-da davam etdirilib.

Adalet.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman müraciət edərək 2025-ci il 6 fevral tarixli iclasın protokolu ilə tanış olduqları zaman məhkəmə kollegiyasına etiraz etmək üçün əsaslar müəyyənləşdirdiklərini bildirib. Müdafiəçi qeyd edib ki, məhkəmə iclas protokolunda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməyib və bu, bizdə məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olmayacağı barədə əsaslı şübhələr doğurur. Ona görə də vəkil məhkəmə kollegiyasına etiraz edib.

Təqsirləndirilən Ruben Vardanyan etirazı müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. O, həmçinin vurğulayıb ki, müdafiə tərəfi eyni qaydadan, eyni üsuldan istifadə etməklə qeyri-müəyyən səbəbdən verdiyi etirazlarla məhkəmə prosesinin uzadılmasına nail olmaq istəyir.

Qeyd olunanlar nəzərə alınmaqla Vüsal Əliyev etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib.

Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər ifadə veriblər.

Zərərçəkmiş Mahir Hüseynov deyib ki, o, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçıları Fuad Musayev və Təranə Məmmədovanın suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt erməni hərbçilər mövqelərimizi mütəmadi olaraq atəşə tutub, eyni zamanda, ərazilərimizi minalayıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam edib. Bəzən həmin minalar təminat yollarında aşkarlanıb.

Digər zərərçəkmiş şəxs Mədət Rzayev Laçın rayonunda xidməti fəaliyyətini icra edən zaman ağır xəsarət aldığını diqqətə çatdırıb. “Biz yüksəkliyin arxasında olduğumuz üçün onları tam görə bilmirdik. Amma onlar ağır artilleriyadan istifadə edərək bizim təminat yollarımızı vururdular”, - deyə o əlavə edib.

Zərərçəkmiş Mehman Həsənov Ağdamın Mollar kəndində yaralandığını bildirib. O, ifadəsində qeyd edib ki, həmin gün kənd ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işləri ilə məşğul imiş. Bu zaman atəş səsləri eşidib. Təxminən 80 metr aralıya düşmüş mərmi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər alıb. Ətrafda olan insanların köməyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Zərərçəkmiş Seymur Qarayev deyib ki, Ağdamın Papravənd kəndi istiqamətindən Ağdərə rayonunun Canyataq kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin onun yaxınlığına düşərək partlaması nəticəsində kəllə-beyin travması alıb.

Zərərçəkmiş Sadiq Baxiyev ifadəsində Ermənistan hərbçilərinin növbəti təxribatı nəticəsində ağır xəsarət alığını bildirib. Həmin hadisə nəticəsində onunla birlikdə olan hərbçi yoldaşları şəhid olub və ya yaralanıb. O deyib ki, özü düşmənin snayperlə açdığı atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs qismində tanınan Cəsarət Həsənzadə ifadəsində diqqətə çatdırıb ki, Ağdərə rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış “FAQOT” tipli tank əleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və yanındakı xidmət yoldaşı - gizir Akif Koroğluyev xəsarətlər alıblar.

“Yaralandığım vaxt və həmin ərazidə, həmçinin digər xidmət yoldaşlarım - əsgərlər Hüseyn Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, qrup komandiri Füzuli Məmmədov isə şəhid olub”, - deyə o əlavə edib.

Zərərçəkmiş Həsən Quliyev qeyd edib ki, Ağdamın Sırxavənd kəndi istiqamətində yaralanıb. O, kəllə-beyin travması və ayağından xəsarət alıb.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

***12:09

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

Adalet.az Reporta istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri