Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində zərərçəkmişlər və onların hüquqi varisləri ifadə verib

Vardanyanın məhkəməsində zərərçəkmişlər və onların hüquqi varisləri ifadə verib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 24-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Əvvəlcə təqsirləndirilən Ruben Vardanyan işə baxan məhkəmə kollegiyasına yenidən etirazını bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, cari ilin yanvar və fevral aylarında keçirilmiş məhkəmə iclaslarının protokolları ilə tanış olub və həmin protokollarda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməsi onda məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olacağına şübhələr yaradır. Buna görə də məhkəmə kollegiyasına etiraz edir.

Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elxan Novruzəliyev ifadəsində övladı Orxan Novruzəlizadənin Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Məlahət Həsənova ifadəsində övladı Elşad Həsənovun Laçında düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğunu deyib.

Şaban Bilalov ifadəsində qardaşı Sərxan Bilalovun Ağdərə istiqamətində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxs Emin Quşçiyev ifadəsində Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını qeyd edib.

Zərərçəkən Tural İsmayılzadə isə deyib ki, düşmənin törətdiyi təxribat zamanı qəlpə yaraları alıb. Belə ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin artilleriya silahlarından açdığı atəş nəticəsində mərmilərdən birinin yanına düşərək partlaması nəticəsində sağ əlindən xəsarət alıb. O, baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında bildirib ki, hadisə vaxtı yanında olan Məhəmməd Qarayev həlak olub, bir neçə nəfər isə yaralanıb.

Zərərçəkən Kənan Qasımov dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında diqqətə çatdırıb ki, Xocavənd rayonu istiqamətində düşmənin atdığı dron mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yanında olan Murad Axundov və Ərzullah Həsənli həyatlarını itirib, o və yaxınlığındakı digər şəxslər müxtəlif xəsarətlər alıb.

Zərərçəkmiş şəxs Poladaxan Babayev dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını, həmin vaxt yaxınlığında olan Əlizamin Bədirovun da yaralandığını söyləyib.

Elnur Kələntərov isə bildirib ki, o, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif çaplı artilleriya silahlarından və minaatanlardan atdığı mərminin yaxınlığında partlaması nəticəsində sağ və sol ayaq, sol kürək və üz nahiyələrindən qəlpə yaraları alıb. Zərərçəkən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, həmin vaxt düşmən fasiləsiz olaraq atəş açıb.

İfadə verən Fərid Məhəmmədov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minaya düşərək özünün və Şəhriyar Hüseynovun xəsarət aldığını deyib. Təxliyə zamanı isə daha üç nəfər – Şükür Zeynalov, Kamil Musayev və Rafiq Adışlı yaralanıb.

Nəsimi Mahmudov ifadəsində Ağdərə rayonunun Canyataq kəndində güllə xəsarəti aldığını, ardınca yaralı vəziyyətdə minaatan mərmisinin partlaması nəticəsində ikinci dəfə yaralandığını qeyd edib.

Zərərçəkmiş Rəvan Muradov Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Aslan Hacıhəsənov dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında deyib ki, düşmən təxribatı nəticəsində onun yanındakı 4 nəfər həlak olub. Minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində isə o və Xəyal Canbaxışov xəsarət alıblar.

Kənan Alməmmədov Xocavənd rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində qəlpə yarası aldığını deyib.

Zərərçəkmiş şəxs Afiq Kərimov Ağdam rayonunda artilleriya atəşi nəticəsində xəsarət aldığını bildirib.

Vaqif Salmanov Xankəndidə düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını vurğulayıb.

Zərərçəkmiş Rafiq Bəkirov Laçın rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən minataandan açılan atəş nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Konsul Qasımov isə ifadəsində Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində özünün, Nihad Seyidzadənin və Murad Hüseynovun müxtəlif növ bədən xəsarətləri aldıqlarını söyləyib.

Məhəmməd Quliyev deyib ki, Xocavənd istiqamətində minaatandan atəş açılması və bu zaman partlamış minanın qəlpələrinin ətrafa yayılması nəticəsində yaralanıb. O, baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında qeyd edib ki, həmin vaxt Murad İsgəndərov həlak olub.

Zərərçəkmiş şəxslər Qara Əsgərov, Mahir Mehdiyev, İsgəndər Mustafayev, Rəşid Bəşirov müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarətlər aldıqlarını diqqətə çatdırıblar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see259

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see116

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see116

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see114

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see113

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see113

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see112

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see112

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see112

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri