Varlanmaq üçün 3 gün tabutda qaldı Saxlanıldı
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb.
Lent.az xəbər verir ki, bu barədə “My Joy Online” nəşri məlumat yayıb.
Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğundan şübhələnib.
Ovçu tabuta yaxınlaşaraq atəş açacağı ilə hədələyib. Bu zaman tabutun içindən aptek köşkünün sahibi olan gənc çıxıb. Hadisə yerindən keçən və dərman bitkiləri topladığı bildirilən bir şəxs ovçuya kömək edərək gənci kəndə aparıb.
Tabutdan çıxan kişinin kəndə gətirilməsi sakinlərin böyük marağına səbəb olub. Bəziləri hadisə ilə bağlı polisə müraciət etməyi təklif edib.
İlkin məlumata görə, gənc qədim inanclara əsaslanan ayin vasitəsilə varlanmaq ümidi ilə üç gün tabutda qalıb.
O, daha sonra polisə təhvil verilib. Hadisənin bütün təfərrüatları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Noyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















