Varqa: Qarabağ bizi təəccübləndirmədi, amma meydanın mərkəzində çox yaxşı top saxladılar
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Macarıstanın “Ferentsvaroş” klubunun hücumçusu Barnabas Varqa Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin ilk oyununda Budapeştdə “Qarabağ”a məğlubiyyəti (1:3) haqda danışıb.
Sportal.az xəbər verir ki, Macarıstanın “RTL” nəşrinə danışan macar forvard Ağdam klubu barədə fikirlərini söyləyib:
"İndi nəsə demək çətindir. İki top fərqi ilə məğlubiyyətə görə məyusuq. Amma təslim olmayacağıq. Cavab oyununda biz daha yaxşı oynamalıyıq. Düşünürəm ki, ilk hissədə rəqibdən güclü deyildik, dəyişikliklər edib cavab oyununda göstərməliyik ki, biz Çempionlar Liqasının əsas mərhələsində yer almağa layiqik. “Qarabağ”ın bizi təəccübləndirdiyini deyə bilmərəm. Amma meydanın mərkəzində yaxşı top saxladılar. İlk oyunu analiz etməliyik. Qarşıda daha bir görüş var. Biz “va-bank” getməliyik. İlk oyunda uduzmuşuqsa, həyatın sonu deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















