Varşavadan xəbərdarlıq: Ukrayna Rusiyaya tərəf yönəlsə, Qərb üçün təhlükə yaranar
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Qərb ölkələri Rusiya ilə Ukrayna arasında münasibətlərin mümkün yaxınlaşmasından narahatdır.
Teleqraf xəbər verir ki, "RİA Novosti"nin yaydığı məlumata görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.
Nazir bildirib ki, Ukraynanın Rusiya ilə münasibətlərdə narıncı inqilabdan sonrakı dövrdəki mövqeyə qayıtması Qərb üçün ən pis ssenari olardı.
“Əgər Ukrayna, narıncı inqilabdan sonra olduğu kimi, yenidən Rusiyaya tərəf yönəlsə, bu, hamımız üçün ən pis ssenari olar. Hazırda belə bir meyl müşahidə olunmur, lakin əgər Qərb Kiyevi tam dəstəkləməsə, ölkədə ictimai əhval-ruhiyyə dəyişə bilər”, - deyə Kosinyak-Kamış vurğulayıb.
Bununla yanaşı, nazir Varşavanın Ukraynaya hərbi kontingent göndərmək niyyətində olmadığını da bir daha təsdiqləyib.
Xatırladaq ki, mayın 14-də Polşanın xarici işlər naziri Radoslav Sikorski də oxşar bəyanatla çıxış edərək, Qərb ölkələri Ukraynaya hərbi qüvvə göndərmək qərarı versələr belə, Polşanın bu prosesə qoşulmayacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 May 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















