Icma.az
close
up
RU
Vasif Həsənli dünyaca nüfuzlu Associated Press agentliyində COP29dan yazdı TAM MƏTN

Vasif Həsənli dünyaca nüfuzlu Associated Press agentliyində COP29dan yazdı TAM MƏTN

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaca nüfuzlu "Associated Press" (AP) beynəlxalq xəbər agentliyində "Demokrat.az" internet xəbər portalının baş redaktoru Vasif Həsənlinin məqaləsi yayımlanıb.
Məqalədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) bəhs olunur.
"Azərbaycan Bakıda COP29-a ev sahibliyi edir: Qlobal iqlim liderliyini və davamlılığa sadiqliyini nümayiş etdirir" başlıqlı məqalədə COP29 beynəlxalq tədbirinin Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətli olduğu qeyd olunur.
Müəllif həmçinin qeyd edir ki, COP29-un Azərbaycanda keçirilməsi təqdirəlayiq və fəxr ediləsi hadisədir.
Məqalədə belə mötəbər tədbirə Bakının ev sahibliyi etməsinin ədalətli qərar olması və Bakı şəhərinin dünyanın ən görüləcək məkanlarından birinə çevrildiyi vurğulanır.
Daha sonra məqalədə qeyd olunur:
"Dünyanın mərkəzinə çevriləcək paytaxt Bakı şəhəri təqribən 70-80 min xarici qonağı qarşılayır. Bakıya səfər edən minlərlə qonaq Azərbaycanla, onun tarixi, mədəniyyəti, adət-ənənələri ilə daha yaxından tanış olurlar, uğurlarına şahidlik edirlər.
 

Qlobal iqlim problemlərinin müzakirə edilməsi və həlli yollarının tapılmasında əsas platforma olan COP29 tədbirinin Bakıda keçirilməsi həm Azərbaycana, həm də digər dünya dövlətlərinə təsəvvür etdiyimizdən daha çox dividendlər qazandıracaq. Bu, iştirakçı sayının və müzakirə panellərinin genişliyi fonunda dünyanın ən böyük tədbiri hesab olunur. Hər şeydən öncə qeyd etməliyəm ki, paytaxt Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal imicinin güclənməsi baxımından da çox əhəmiyyətlidir. Adətən belə qlobal tədbirlərin keçirilməsi üçün seçilən məkanlarda bir neçə amilə xüsusi diqqət edilir. Bunlardan biri təhlükəsizlik, digəri təcrübədir. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur və COP29 bu istiqamətdə Azərbaycanın qlobal reytinqini daha da gücləndirəcək.


Cənubi Qafqazın parlayan ulduzu hesab olunan Azərbaycan indiyə qədər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə zəngin təcrübə qazanıb. Bu tədbirlər sırasında "Eurovision Azerbaijan" beynəlxalq mahnı yarışması, "Formula-1" Azərbaycan Qran-prisi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ən məşhurlarındandır. Şübhəsiz ki, COP29 beynəlxalq tədbiri Azərbaycanın bu təcrübəsini daha da zənginləşdirəcək.
33 ildən çox müstəqillik yaşı olan Azərbaycan bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya edərək öz payını götürür. Azərbaycan dünyanı narahat edən qlobal məsələlərlə bağlı müsbət təşəbbüslərlə tez-tez çıxış edir.
Dünyada Azərbaycan kimi bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizədə fəallıq nümayiş etdirirlər. İqtisadi cəhətdən inkişaf etmiş bəzi ölkələr isə bundan narahatdırlar və təəssüflər olsun ki, onların sayı getdikcə artmaqdadır.
İnanırıq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi mötəbər COP29 tədbiri uğurla yekunlaşacaq və bərabər yaşadığımız dünyamız üçün gözlədiyimizdən də səmərəli nəticələri olacaq".
Məqalə ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, sözügedən məqalə bir sıra ABŞ mətbuatında da tirajlanıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri