Icma.az
close
up
RU
Vasif Həsənli dünyaca nüfuzlu “Associated Press” agentliyində COP29dan yazdı TAM MƏTN

Vasif Həsənli dünyaca nüfuzlu “Associated Press” agentliyində COP29dan yazdı TAM MƏTN

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyaca nüfuzlu “Associated Press” (AP) beynəlxalq xəbər agentliyində “Demokrat.az” internet xəbər portalının baş redaktoru Vasif Həsənlinin məqaləsi yayımlanıb. 

Məqalədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) bəhs olunur.

“Azərbaycan Bakıda COP29-a ev sahibliyi edir: Qlobal iqlim liderliyini və davamlılığa sadiqliyini nümayiş etdirir” başlıqlı məqalədə COP29 beynəlxalq tədbirinin Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətli olduğu qeyd olunur.

Müəllif həmçinin qeyd edir ki, COP29-un Azərbaycanda keçirilməsi təqdirəlayiq və fəxr ediləsi hadisədir.

Məqalədə belə mötəbər tədbirə Bakının ev sahibliyi etməsinin ədalətli qərar olması və Bakı şəhərinin dünyanın ən görüləcək məkanlarından birinə çevrildiyi vurğulanır.

Daha sonra məqalədə qeyd olunur: 

“Dünyanın mərkəzinə çevriləcək paytaxt Bakı şəhəri təqribən 70-80 min xarici qonağı qarşılayır. Bakıya səfər edən minlərlə qonaq Azərbaycanla, onun tarixi, mədəniyyəti, adət-ənənələri ilə daha yaxından tanış olurlar, uğurlarına şahidlik edirlər.

Qlobal iqlim problemlərinin müzakirə edilməsi və həlli yollarının tapılmasında əsas platforma olan COP29 tədbirinin Bakıda keçirilməsi həm Azərbaycana, həm də digər dünya dövlətlərinə təsəvvür etdiyimizdən daha çox dividendlər qazandıracaq. Bu, iştirakçı sayının və müzakirə panellərinin genişliyi fonunda dünyanın ən böyük tədbiri hesab olunur. Hər şeydən öncə qeyd etməliyəm ki, paytaxt Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal imicinin güclənməsi baxımından da çox əhəmiyyətlidir. Adətən belə qlobal tədbirlərin keçirilməsi üçün seçilən məkanlarda bir neçə amilə xüsusi diqqət edilir. Bunlardan biri təhlükəsizlik, digəri təcrübədir. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur və COP29 bu istiqamətdə Azərbaycanın qlobal reytinqini daha da gücləndirəcək.

Cənubi Qafqazın parlayan ulduzu hesab olunan Azərbaycan indiyə qədər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə zəngin təcrübə qazanıb. Bu tədbirlər sırasında “Eurovision Azerbaijan” beynəlxalq mahnı yarışması, “Formula-1″ Azərbaycan Qran-prisi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ən məşhurlarındandır. Şübhəsiz ki, COP29 beynəlxalq tədbiri Azərbaycanın bu təcrübəsini daha da zənginləşdirəcək.

33 ildən çox müstəqillik yaşı olan Azərbaycan bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya edərək öz payını götürür. Azərbaycan dünyanı narahat edən qlobal məsələlərlə bağlı müsbət təşəbbüslərlə tez-tez çıxış edir.

Dünyada Azərbaycan kimi bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizədə fəallıq nümayiş etdirirlər. İqtisadi cəhətdən inkişaf etmiş bəzi ölkələr isə bundan narahatdırlar və təəssüflər olsun ki, onların sayı getdikcə artmaqdadır.

İnanırıq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi mötəbər COP29 tədbiri uğurla yekunlaşacaq və bərabər yaşadığımız dünyamız üçün gözlədiyimizdən də səmərəli nəticələri olacaq”.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri