Vasif Qurbanov: Sərhədkeçmə prosesinin sürətli olması mühüm əhəmiyyət kəsb edir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Gömrük sahəsində süni intellektin tətbiqi sərhədkeçmə, qeydiyyat prosesinin sürətləndirilməsinə səbəb olacaq"
Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.
İdarə rəisi bildirib ki, sərhədkeçmə prosesinin sürətli olması mühüm əhəmiyyət kəsb edir:
"Süni intellektdən istifadə bizə böyük üstünlük qazandırır. Buraya müəyyən analizlərin aparılması, proseslərin sürətləndirilməsi daxildir".
Onun sözlərinə görə, insan əməyi ilə bu prosesi bir səviyyəyə qədər həyata keçirmək mümkün olur:
"Amma süni intellektin çox böyük imkanları var. Azərbaycanda digər qurumlar da süni intellektin tətbiqində maraqlıdır. Ümumiyyətlə, süni intellektdən istifadə müasir dövrün tələbidir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















