Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olması mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olması mühüm əhəmiyyət kəsb edir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Dünya nizamının pozuldüğu və yeni dünya düzəninin formalaşmasının çox təlatümlü bir mərhələsini yaşadığımız hazırkı dönəmdə yaşadığımız regionda davamlı təhlükəsizlik,sülh və əminamanlığın təmin edilməsi üçün Azərbaycan-Gürcüstanla münasibətlərin daim yüksək səviyyədə olması,qarşılılı hörmət, qarşılılı etimad və qarşılılı faydalılıq prinsipi əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir.Bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar və qarşılıqlı səfərlərin,o cümlədən hökumətlərarası və parlamentlərarası münüsibətlər,xüsusən də ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi hər iki ölkənin qarşılıqlı maraqlarının reallaşdırılmasında mühüm rol oynayır.
Bu kontekstdə bu il yanvarın 17-də Gürcüstanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən üç ay sonra-aprelin 15-də Gürcüstan Prezidentinin də ölkəmizə rəsmi səfəri Azərbaycanla Gürcüstanın yeni əməkdaşlıq mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir.Bunun əsas konturları Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin mətbuata bəyanatlarla çıxışlarında aydın göründü:
Azərbaycan Prezidenti öz çıxışında bildirib ki:”Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.Bizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir.Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri ...nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.Cənubi Qafqazda sülhün,əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir.Burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir.Əfsuslar olsun ki,uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir.Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.”
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bildirib ki:”Əminəm,bizim ümumi gələcəyimizə uğurlu,iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib.Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.”
İstər bu ilin yanvarında Gürcüstan Baş Nazirinin,istərsə də apreldə Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı görüşlərdə və verilən Bəyanatlarda səsləndirilən fikir və mesajlar Azərbaycan-Gürcüstan münasibətlərin yüksək səviyyədə olduğunu və tərəflərin ikitərəfli, regional və beynəlxalq formatlarda ölkələrimizin bir-birinin maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının bundan sonra da artan xəttlə davam etdirilməsi əzmini nümayiş etdirdi.
Əli Məsimli, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri