Vasif Talıbovla bağlı “xüsusi qərar” verilə bilər
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərov 5 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunsa da, özünü təqsirli bilmir. İlk məhkəmə baxışı prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.
İttihama görə, B.Əsgərov 2018-2020-ci illərdə Mikayıl İbrahimov, Yaşar İbrahimov, Səbuhi Dadaşov, Malik Zamanov, Müslüm Mehdiyev, Çingiz Mehdiyev, Arif Əsgərov, Hidayət İmanov və digərləri ilə birgə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Öz növbəsində B.Əsgərov əvvəlki dindirmələrdə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu və Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovu korrupsiyada ittiham edib.
Məlumdur ki, Vasif Talıbovun adı bir neçə dəfə korrupsiyada hallanıb. İddialar öz əksini taparsa, Talıbov məsuliyyətə cəlb olunacaqmı? Bu halda onu hansı cəza gözləyir?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov bildirib ki, həm ittiham, həm də müdafiə tərəfinin müvafiq vəsatəti əsasında Vasif Talıbov məhkəmədə şahid qismində dindirilə bilər:
“Vasif Talıbov şahid qismində dindirildikdən sonra məhkəmə istintaqı zamanı onun əməllərində hər hansı bir cinayət tərkibinin olması müəyyən edilə bilər. Əgər belə olarsa, məhkəmə bu barədə “xüsusi qərar” qəbul edərək, araşdırılması üçün aidiyyəti istintaq orqanına göndərə bilər”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Mart 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















