Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Talıbovla bağlı BÖYÜK SİRR Kürsüsü niyə BOŞ QALIB?

Talıbovla bağlı BÖYÜK SİRR Kürsüsü niyə BOŞ QALIB?

News24 saytına istinadən Icma.az xəbər verir.

Bəxtiyar Məmmədov 5 il muxtar respublikada yaşamadığı üçün Ali Məclisin sədri ola bilməz, amma sədr əvəzi ola bilər?

Milli Məclislə yanaşı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində də 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda Ali Məclisin qanunvericilik işləri planının təsdiqi, Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılıb. Aparılan müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasa Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edib. Ancaq iclasın gündəliyində Ali Məclisə sədr seçilməsi məsələsi yer almayıb.

Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Ali Məclis sədrinin müavininin seçilməsi isə çətinlik yaratmayıb. Arzu Abdullayevin namizədliyi dəstəklənib və səsvermə nəticəsində o, Ali Məclis sədrinin müavini seçilib.

Sədrin səlahiyyətlərini isə birinci müavin seçilmiş Bəxtiyar Məmmədov icra edir. Muxtar respublikanın konstitusiyasında sədrin seçilməsi ilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, Bəxtiyar Məmmədov bu tələbə cavab vermir.

Yada salaq ki, müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci ilin iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Qeyd edək ki, V.Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.

“TNS” İnformasiya Agentliyinin direktoru, əslən Naxçıvandan olan jurnalist Tural Səfərov hələ də Naxçıvan Ali Məclisi sədrinin müəyyən edilməməsinin konstitusiyaya zidd olduğunu qeyd etdi: “Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov 2022-ci ilin dekabrında istefa verib. İstefadan sonra bu vəzifəni sədrin keçmiş birinci müavini Azər Zeynalov və müavini Anar İbrahimov icra ediblər. Ötən il  sentyabrın 1-də keçirilən seçkilərdən sonra Bəxtiyar Məmmədov Ali Məclisin deputatı və sədrin birinci müavini seçilib. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini Bəxtiyar Məmmədov icra edir. Ali Məclis sədrinin seçilməməsi bir sıra ciddi suallar yaradıb. Bəxtiyar Məmmədov Naxçıvan Konstitusiyasındakı tələbə görə Ali Məclisin sədri seçilə bilməyib.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Ali Məclisin sədrliyinə muxtar respublikada ən az 5 il daimi yaşamış deputatların namizədliyi irəli sürülə bilər. Ali Məclis sədrinə dair tələblər muxtar respublika konstitusiyasının 29-cu maddəsində təsbit olunub. Orada qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ali Məclis tərəfindən seçilir. Sədr ona tabedir və hesabat verir. O, Ali Məclis tərəfindən geri çağırıla bilər. Göstərilib ki, muxtar respublika ərazisində 5 ildən az olmayaraq, daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi, ikili vətəndaşlığı olmayan ali təhsilli hər bir deputat Ali Məclisə sədr seçilə bilər. Buradan aydındır ki, şəxs Ali Məclisin deputatı olmalıdır, muxtar respublikada daimi yaşamalıdır. Yəni o şəxs sədr seçilə bilər ki, seçilən günə qədər Naxçıvanda ən az 5 il daimi yaşasın. Həmin şəxsin daha əvvəl yaşadığı müddət bu tələbə daxil deyil. Həmin müddət şəxsin seçildiyi günə qədər olan müddətdir. Onun seçilənə qədər muxtar respublikada 5 il yaşaması təsdiq olunmalıdır. Yalnız bu halda Ali Məclis sədri seçilə bilər. Başqa hallarda, o cümlədən 5 ildən az müddətdə orada yaşayıbsa, Ali Məclis sədri ola bilməz.

Bu zaman belə bir sual yaranır: əgər Bəxtiyar Məmmədov Ali Məclisin sədri ola bilməzsə, Ali Məclisin sədri vəzifəsini necə icra edə bilər? Fikrimcə, onun sədr vəzifəsini icra etməsi konstitusiyaya ziddir. Ümumiyyətlə, indiyədək Ali Məclis sədrinin seçilməməsi də konstitusiyaya ziddir"./musavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri