Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, Bəxtiyar Əsgərov ötən gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
Bakıvaxtı.az "Unikal"a istinadən işdən çıxarılan Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını əldə edib. Həmin siyahını təqdim edirik:
- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil;
- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;
- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;
- Oğuzda yerləşən villa;
- Oğuzda obyektlər və mağazalar;
Qeyd edək ki, Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Aydınov Azər Mehrab oğlu göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.
Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məcisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















