Vasili Berezutski: Avrokuboklarda məqsədimiz qrup mərhələsinə yüksəlməkdir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 2 iyun, AZƏRTAC
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun finalında "Qarabağ"a qalib gələrək titul qazandıqları oyunu şərh edib.
Matçla bağlı AZƏRTAC-a açıqlama verən rusiyalı mütəxəssis bunları deyib: “Oyun çox gözəl və intensiv keçdi. Matç ərzində penaltilər və əlavə vaxt oldu. Düşünürəm ki, komandamız qələbə və titul qazanmağı haqq etdi. Buna görə də kollektivi birinci titul qazanması münasibətilə ürəkdən təbrik edirəm”.
V. Berezutski bu qələbə ilə UEFA Avropa Liqasına vəsiqə qazanan komandasının avrokuboklardakı hədəflərindən də söz açıb: “Avrokuboklarda məqsədimiz qrup mərhələsinə düşməkdir. Buna nail olmaq üçün əla fürsətimiz var. Azərbaycan Kubokunu qazanmaqla artıq böyük uğura nail olduq”.
Qeyd edək ki, “Sabah” “Qarabağ”la əsas vaxtı 2:2 hesabı ilə başa çatan matın əlavə vaxtında daha bir qol vuraraq, Azərbaycan Kubokunun qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















