Vasili Berezutski 65ci oldu
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Sabah"ın "sükanı arasına" keçən Vasili Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub. Sport24.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisə qədər 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı komandasını meydana çıxarıb.
Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran "Simurq"da, Yuri Syomin "Qəbələ"də, Murad Musayev "Sabah"da çalışıbsa, Kurban Berdıyev hazırda "Turan Tovuz"a rəhbərlik edir.
Qeyd edək ki, Vasili Berezutskinin "Sabah"dakı debüt matçı Misli Premyer Liqasının XV turunda "Səbail"lə matça təsadüf edib. Komanda onun rəhbərliyi altında qələbə qazanıb - 1:0.
Baxış sayı:139
Bu xəbər 02 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















