Icma.az
close
up
RU
Vasili Berezutski: Rəqibin oyunçuları çoxlu fasilələrlə səbəb olurdu

Vasili Berezutski: Rəqibin oyunçuları çoxlu fasilələrlə səbəb olurdu

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XXVI turunun "Şamaxı" - "Sabah" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Bugünkü oyunumuzu əvvəlki matçla müqayisə etsək, kifayət qədər inamsız oynadıq. Matçın gedişində çoxlu fasilələr oldu və sürət azaldı. Buna yol verən rəqib komanda idi. Müasir futbolda intensivlik vacibdir. Rəqibin oyunçuları çoxlu fasilələrlə səbəb olurdu. Amma bu, bəhanə deyil. Daha yaxşı oynayıb, qələbə qazanmalı idik.

- Artıq ikinci dəfə Şamaxıda məğlub oldunuz. Burda xal qazana bilməməyinizin səbəbi nədir?

- Deyə bilərəm ki, mövqe hücumlarına keçərkən rəqibin müdafiəsini yara bilmirik və onlar əks-hücumda bizi yaxalayır.

- Meydançada balacaboylardan olan Edqar Adilxanov sizə başla qol vurdu. Buna necə izah verərdiniz?

- Bu, futboldur. Mövqe seçimimizdə səhvlik oldu.

- Özünüz futbolçu kimi komandanızda lider idiniz. İndi heyətdə mental lider oyunçunuzun olmamağı əsas problemlərdəndir?

- Əlbəttə, liderin olması çox önəmlidir. İnanıram ki, bizim də belə oyunçumuz olacaq və komandanı arxasınca aparacaq. 

- Bir neçə gün əvvəl Abdulla Rzayev və Şakir Seyidov əvəzedici komandaya göndərildi. Daha öncə də kapitan Elvin Camalova "qapını" göstərdiniz. Yerli oyunçulara antipatiyanızın olmasının səbəbi nədir?

- Heç bir antipatiya yoxdur. Seymurun meydana qayıtması, Xəyalın startlarda olması bunu göstərir. Oyunçuların əvəzedici komandalara göndərilməsi səviyyələri ilə bağlıdır. Bu, mən və məşqçilər korpusunun qərarıdır. Bir də uşaqların yanaşmasından çox şey asılıdır.

- Qışda Abdulla Rzayevə "Neftçi"dən təklif olsa da, siz qalmasını istəmişdiniz. Qısa zamanda nə dəyişdi ki, indi əvəzedici komandadadır?

- Mən saxlamışam? Bu, sizdə olan məlumatdır.

- Turnir cədvəlində özünüzdən aşağı olan komandalara xallar itirirsiniz. Komandanı siz köklərə kökləyə bilmirsiniz, yoxsa oyunçulardadır problem?

- Bu, sadəcə bəzən oyunçuları kökləməklə bağlı deyil. Özümüzdən aşağı komandalara qarşı çətinliklərimiz onların sıx müdafiəsi ilə bağlıdır. Futbolçuların istəyi ilə bağlı nəsə deyə bilmərəm. Onların arzulu olduğunu rəqəmlər də göstərir.

- Mikels və Parris uzun müddətdir, "səhnədə" deyil. Bu, nə ilə bağlıdır?

- İkisinin də ağrıları var. Zədə səbəbindən yoxdurlar.

Nuh Tarverdiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri