Vasili Berezutski Rusiya millisində çalışmış mütəxəssisi yanına gətirdi
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sabah"ın baş məşqçisi Vasili Berezutskinin daha bir köməkçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Aleksey Antonyuk bundan sonra "bayquşlar"ın qapıçılar üzrə məşqçisi funksiyasını icra edəcək.
40 yaşlı mütəxəssis buna qədər Rusiyanın I Liqa təmsilçisi "Rodina"da çalışıb. Rusiya klubu açıqlama yayaraq Antonyukun "Rodina"nı tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib.
Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqkatsev ("Krasnodar"ın və Rusiya millisini qapıçısı) və Matfey Safonov (hazırda PSJ-də oynayır) kimi futbolçular yetişdirib.
Antonyuk 2023-cü ildə Rusiya millisində də məşqçi işləyib.
Qeyd edək ki, Vasili Berezutski bunadək Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















