Icma.az
close
up
RU
Vasili Berezutski: Söz söhbətlər bizə təsir etmir

Vasili Berezutski: Söz söhbətlər bizə təsir etmir

Icma.az, Apasport saytına istinadən bildirir.

"Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. "Sabah" ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da udmalısan. Gərgin, maraqlı oyun olacaq".

Apasport.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun finalında "Qarabağ"la keçiriləcək oyundən öncə mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra media nümayəndələrinin suallarını cavablandırıb: 

- Komandada hansısa problemlər var?
- Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Bu oyunun əhəmiyyətini bilirdik. Bir aydır ki, bu matça hazırlaşırdıq. Hər şey qaydasındadır. 

- Uğursuz olacağınız təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?
- Söz-söhbətlər bizə təsir etmir. Hamımız kuboka köklənmişik. Kubokdan sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər mənə təsir etmir.  

- Kubokun finalında uğursuz olsaz, komandadan gedəcəksiz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyirsiz?
- Bu barədə danışmaq üçün çox erkəndir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə.

- Dəfələrlə futbolçu kimi Rusiya kubokunun finalında oynamısınız. Final oyununun özəlliyini nədə görürsüz?
- Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.  

- "Sabah"a gəldikdən sonra "Qarabağ"a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiz?
- Bunu üstünlük və ya zəiflik hesab etmək olar. "Qarabağ" da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir. "Qarabağ" favorit sayılır. Güllə açılmamış yıxılmaq lazım deyil. 

- Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, "Qarabağ"ı necə məğlub etmək barədə onunla söhbətiniz olub?
- Yox. Amma ümumi anlar var ki, məşqçilər aramızda müzakirə edirik. 

- "Qarabağ"a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsız?
- Oyuna iki gün qalıb. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik.

Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər Finala doğru: Qurbanov “7”, Berezutski ilk üçün "Araz-Naxçıvan" Tərlan Əhmədlinin müqavilə müddətini uzadıb Günün oyunları bu kanallarda Millimizin üzvü: "İngilislər heç də zəif komanda deyil"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 May 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri