Icma.az
close
up
RU
Vaşinqton diqqətini Orta Asiyaya yönəldib: Moskva və Pekin narahatdır...

Vaşinqton diqqətini Orta Asiyaya yönəldib: Moskva və Pekin narahatdır...

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"ABŞ Prezidenti Donald Tramp Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib. Noyabrın 6-da Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderləri arasında 5+1 formatında görüş keçirilib. Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-ın Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub.

Hazırda bu sahədə regionda əsasən iki oyunçu - Çin və Rusiya var. Buna baxmayaraq, Vaşinqton rəqabətdə geri qalmaq istəmir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında saziş imzalanıb: "Özbəkistanın yaxın üç ildə ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar təşkil edəcək. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi açıqlanıb. Saziş aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarını əhatə edir. ABŞ Qazaxıstan uranının nəqlinə də maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda elan edib ki, ölkəsi “İbrahim sazişinə” qoşulur. Vaşinqtonun hazırladığı saziş müxtəlif müsəlman ölkələrinin İsraillə tərəfdaşlıq münasibətlərini gücləndirməsini nəzərdə tutur. Bu Trampın xarici siyasətdə növbəti uğuru sayıla bilər".

Politoloq qeyd edib ki, Vaşinqtondakı görüşdə Mərkəzi Asiyadan keçən “Orta dəhlizin” perspektivi də müzakirə olunub:  "Mərkəzi Asiya neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metalları ilə də zəngindir. ABŞ üçün bu resursları nəql etmək strateji əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoyduqdan sonra ABŞ-Çin münasibətlərində yeni gərginlik yaranıb. Hazırda Çin bu bazarın 70 faizini hasilat, 90 faizini emal, 93 faizini isə maqnit istehsalında idarə edir. Öz növbəsində Mərkəzi Asiya ölkələri nadir torpaq metallarını ABŞ-a nəql etməyə hazırdılar. Vaşinqton eyni zamanda Orta Asiyadakı böyük volfram yataqlarına da maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bu metalları “yeni neft” adlandırıb. Qazaxıstan 20 milyon tondan çox yeni nadir torpaq ehtiyatı aşkar etdiyini açıqlayıb. Təsadüfi deyil ki, ABŞ-ın Qazaxıstandakı səfiri Culi Staftın sözlərinə görə, ABŞ-ın ehiyac duyduğu nadir torpaq metallarının az qala yarısı çalışdığı ölkənin ərazisindədir. Bu arada, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 500 milyon dollarlıq nadir torpaq layihələri elan etməsi də diqqəti çəkib. Bu rəqəmlər təsdiqlənərsə, Özbəkistan bu sahədə Çin və Braziliyadan sonra üçüncü yeri tutacaq. Mərkəzi Asiya ölkələri Vaşinqtonla siyasi və iqtisadi əlaqələri gücləndirməklə Çin və Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağı planlaşdırırlar.

Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatını 2015-ci ildə təsis edib. Ancaq Vaşinqton bu illərdə 5+1 formatı çərçivəsində hədəflərini tam müəyyənləşdirməmişdi. Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra bu formatı gücləndirməyə qərar verib. Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq. Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq. Buna görə də Tramp administrasiyası üçün 5+1 formatında görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflamaq və “Tramp yolu”nun anonsunu elan etmək vacib idi".

E.Şahinoğlu hesab edir ki, Moskva və Pekin Vaşinqtondakı sammiti və əldə olunan nəticələri analiz edəcəklər: " Moskva və Pekin müxtəlif vasitələrlə Vaşinqtonun planlarına mane olmağa çalışacaqlar. Çin Mərkəzi Asiyanın resurslarına daha çox yiyələnmək üçün bölgə ölkələrinə əvvəlkidən daha münasib kreditlər təklif edəcək. Odur ki, ABŞ da Mərkəzi Asiya ölkələrinə yatırımları artırmağa məcburdur. Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulan daha bir istiqamət var. Avropa İttifaqı da Mərkəzi Asiyanın resurslarından faydalanmağa çalışır. Təsadüfi deyil ki, son illərdə Avropa İttifaqı rəsmilərinin və birliyə daxil olan ölkə liderlərinin Mərkəzi Asiya dövlətlərinə səfərləri artıb".

Səid,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri