Icma.az
close
up
RU
Vaşinqton Ermənistanla bağlı layihələri ləğv etdi...

Vaşinqton Ermənistanla bağlı layihələri ləğv etdi...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni hökumət Baydenin “səhvlərini” düzəldir - xartiya da sıradan çıxacaq

Co Baydenin dövründə “pöhrələnən” Ermənistanın “Qərb arzuları” iflasa uğradı. Özünü ciddi-cəhdlə ABŞ-ın “yaxını”, hətta “tərəfdaşı” kimi qələmə verməyə çalışan İrəvanın bütün planları yerlə-yeksan oldu. Belə ki, ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib. Dövlət Departamenti Moldova, Belarus, Ermənistan və Özbəkistan da daxil olmaqla, xarici media, müxtəliflik, bərabərlik və inklüziv layihələr üçün nəzərdə tutulan 139 qrant proqramını ləğv edib.  Ləğv edilmiş xarici layihələrin ümumi dəyəri 215 milyon dollar  dəyərləndirilir. “The Washington Free Beacon” nəşri yazıb ki, övlət katibi Marko Rubio tərəfindən verilən bu qərarın artıq aprelin 15-dən etibarən icrasına başlanılıb.

İlon Maskın rəhbərlik etdiyi epartamentin araşdırması nəticəsində...

Qeyd edək ki, Ermənistanda dayandırılan layihə proqramları ekoloji davamlılığı və bəzi demokratik inkişaf məqsədlərini əhatə edir. Bildirilir ki, Bayden dövründən “miras” qalan bu layihələrə Dövlət Departamenti hələ fevralın sonunda ilkin baxış keçirmişdi. Sonradan isə İlon Maskın başçılıq etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) genişmiqyaslı araşdırmalar apardı. Bu araşdırmalar nəticəsində adıçəkilən qrant proqramları da dayandırıldı.  Bildirilir ki,  layihələr Dövlət Departamentində fəaliyyət göstərən Demokratiya, İnsan Haqları və Əmək Bürosunun (DRL) qərarı ilə maliyyələşdirilib.

Yoxa çıxan qrantlar...

Ermənistana verilən pulların dayandırılması təsadüfi sayıla bilməz - düzdür, digər başqa regionlarla bağlı da analoji addımlar nəzərə çarpmaqdadır, amma rəsmi İrəvanın verilən qrantlarla “davranışı” hər kəsə bəllidir. Onların “inklüziv cəmiyyət quruculuğu”, “demokratik təsisatların inkişafı” və ya “müstəqil medianın inkişaf etdirilməsi” adı altında aldıqları pullar sonradan necə olurdusa, dolaşıb-dönüb silaha verilirdi. Bunu təsdiq edən onlarla fakt mövcuddur. Avropa Sülh Fondundan gələn pulların xərclənmə kriteriyaları hər şeyi ortaya qoyur. Başqa sözlə, Avropanın “maddi yardımları” İrəvandakı siyasi hakimiyyətə gəlib “çatan kimi” yoxa çıxır. Bunu Ermənistan ictimaiyyəti də təsdiqləyir. Hətta bir müddət öncə erməni mediası öz hakimiyyətindən bunun hesabatını belə tələb etmişdi. 2023-cü ilin sonlarında erməni mediasında yer alan yazılarda qeyd olunurdu ki, Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Avropa Şurasının Ermənistana verdiyi vəsaitdən söz açmır. Ermənistanın cənub rayonlarının dayanıqlılığının artırılması proqramı çərçivəsində müxtəlif maliyyə mənbələrindən əldə olunmuş və həyata keçirilən 400 milyon avrodan artıq dəyərə malik layihələrin icrasına isə başlanılmayıb.

“Pulsilmə əməliyyatı” və ya İrəvana “yardım”...

Bu iddialar təbii qarşılanmalı idi - keçmiş ABŞ adminstrasiyası və Avropanın fərqli strukturlarının İrəvanla “qara pul” əməliyyatı barədə mətbuat dəfələrlə yazıb. Ermənistana “ianə”, “yardım” və ya “qrant” adı altında verilən milyonlarla pulun məhz dövriyyəyə qazandırılması üçün yönləndirilməsi haqqında informasiyalar mövcuddur. İllərlə Ermənistana yardım adı altında davam etmiş “çirkli pulların yuyulması” prosesi fərqli məcrada inkişaf edib. Çünki ortada nəinki bir hesabat yoxdur, hətta rəsmi şəkildə bəyan edilən sahələrin inkişafına ayrılan pulların əks-sədası belə duyulmur. Başqa sözlə, Qərbin “maddi yardımları” İrəvandakı siyasi hakimiyyətə gəlib “çatan kimi” yoxa çıxırdı. Beləliklə, yeni adminstrasiyanın qərarı Ermənistan üçün böyük zərbədir - həm kənardan gələn milyonlarla ianədən oldular, həm də “çirkli əməliyyatın” faizi əllərindən çıxdı.

Xartiya əhəmiyyətini itirib...

Bu amil bir məqamı da ön plana çıxarır. ABŞ-ın yeni hökumətinin bu addımı İrəvanın başqa arzularını da “suya düşürür” - o baxımdan ki, Tramp administrasiyasının münasibəti bir daha təsdiqləyir ki, Bayden hökumətinin imzaladığı “strateji tərəfdaşlıq xartiyası” hər hansı bir əhəmiyyət daşımayacaq. Çünki sənəddə qeyd edilən başlıqların əksəriyyəti artıq gündəmdən düşüb - son qərar isə onu göstərir ki, ABŞ-ın yeni  hakimiyyəti köhnə administrasiya kimi ölkə vətəndaşlarının vergilərindən formalaşan büdcə pullarını növbəti dövrdə “göyə sovurmaq” fikrində deyillər. Bu mənada həmin xartiyada da qeyd edildiyi kimi, “demokratiya”, “ədalət və inklüzivliyin möhkəmləndirilməsi”, “mədəni əməkdaşlıq”, ekologiyanın qorunması kimi “pulsilmə əməliyyatları” üçün nəzərdə tutulan məsələlərə diqqət və qrant ayrılmayacaq. Beləliklə, aylarla boş təbliğatı aparılan “xartiya” icraya başlamamış tarixə qovuşur...

SADİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri