Icma.az
close
up
RU
Vaşinqton görüşü Cənubi Qafqazın tarixində yeni səhifə açır Millət vəkili

Vaşinqton görüşü Cənubi Qafqazın tarixində yeni səhifə açır Millət vəkili

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vaşinqton görüşünün nəticələrinə dair imzalanmış birgə bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açır".

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət daşıyır: “Səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış birgə bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açır. Səfərin uğurlu nəticələri iki vacib parametr əsasında qiymətləndirmək mümkündür. İlk mühüm nəticə Ermənistanın uzun müddətdir ki, müxtəlif bəhanələrlə yayınmağa çalışdığı sülhün əldə olunmasıdır. Vətən müharibəsindən sonra Azərbaycan sülh gündəliyini təklif etmiş və bununla bağlı beş prinsip müəyyənləşdirmişdi. Ermənistan isə prosesi mümkün qədər ləngitməyə çalışırdı. Lakin məhz Azərbaycan Prezidentinin müdrik siyasəti, çevik, praqmatik diplomatiyası nəticəni müəyyən edən əsas amil oldu. Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılmasına, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhlizin açılmasına, öz konstitusiyasından ərazi iddiaları ilə bağlı müddəanın çıxarılmasına razılaşmaq məcburiyyətində qaldı. Geosiyasi aspektdən baxsaq, bu, bütün regionun taleyini dəyişən, sülh, əməkdaşlıq və rifah üçün etibarlı pəncərə aşan tarixi nailiyyətdir".

Soltan Məmmədov qeyd edib ki, səfərin uğurunu şərtləndirən digər mühüm məsələ Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün əsasının qoyulmasıdır: “Bayden administrasiyasının yanlış hesablamaları nəticəsində iki ölkə arasında əlaqələr ciddi şəkildə zəifləmişdi. Prezidentin də qeyd etdiyi kimi, ABŞ-nin indiki rəhbərliyi Azərbaycanın geosiyasi rolunu daha düzgün qiymətləndirir. "Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması münasibətlərin yeni müstəviyə çıxarılması istiqamətində atılmış son dərəcə mühüm addımdır. Bu, qarşılıqlı etimadın bərpa olunduğunun, əməkdaşlığı dərinləşdirmək niyyətinin göstəricisidir. Xartiyanın enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələri əhatə edəcəyi gözlənilir. ABŞ kimi güclü bir dövlətlə belə geniş spektri əhatə edən tərəfdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirəcək. Eyni zamanda, təbii ki, ABŞ-nin də regional proselərə təsir imkanlarını, qlobal müstəvidə nüfuzunu bir qədər də artıracaq".

Deputat bildirib ki, səfərin əsas nəticələrindən biri də "Azadlığı müdafiə aktı"na 907-ci düəlişin ləğv edilməsidir. 33 illik tarixə malik bu qərəzli sənədin tətbiqinin tam şəkildə dayandırılması Azərbaycan Prezidentinin növbəti siyasi qələbəsi kimi qiymətləndirilməlidir: "Prezidentin Vaşinqtona səfərinin nəticələri əminliklə deməyə əsas verir ki, dövlətimizin qarşısında dayanan bir neçə strateji vəzifə öz həllini tapdı. Bu, bir daha Azərbaycan Prezidentinin güclü liderliyini, dövlətimizin beynəlxalq nüfuzunu təsdiq edir. Biz yeni bir tarixi mərhələyə qədəm qoyuruq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Avqust 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri