Icma.az
close
up
RU
Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir

Vaşinqton razılaşması Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini şəkilləndirir

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir və bölgəmizdə beynəlxalq hüquqa və ədalətə əsaslanan yeni reallıqlar yaradıb. Məhz həmin reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu.Azərbaycanın səyləri nəticəsində Ermənistanın 30 illik işğal dövründə öz havadlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara,hər qarışı minalanmış döyüş meydanına çevirdiyi ərazilərimiz tikinti meydanına,sülh və əməkdaşlıq arenasına çevrilib.Böyük Qayıdışın reallaşdırılmasına, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə inteqrasiyasına yönəlik böyük işlər gedir.
Qardaş və dost ölkələr,eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür,dəyərləndirir və müxtəlif formalarda həmin quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir.Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir.Bunun ucbatından 44 günlük Vətən müharibəsindən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycanla Ermənistan arasında böyük sülh müqavləsi hələ də bağlanmayıb.Belə bir qeyri müəyyənlik şəraitində bölgəmizdə dayanıqlı sülh və sabitliyin təmin olunmasına xidmət edən böyük sülh sazışının bağlanması çox böyük aktuallıq kəsb edir.Bu baxımdan Vaşinqtonda imzalanan
Azərbaycan ilə ABŞ arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu, həmçinin üçtərəfli Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında SAZİŞ Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən sonra Cənubi Qafqazın siyasi tarixində baş verən ən önəmli hadisələrdən biridir.Azərbaycan və Ermənistan arasında imzalanan Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi rezonans doğuran Vaşinqton razılaşmaları yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.Beş il bundan əvvəl hərb meydanında tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı.
Sülh müqaviləsi adlandırılan Vaşiqton razılaşması əslində Azərbaycan və Ermənistanı böyük sülhə aparan Yol Xəritəsidir.Bu mühüm sənəddə nəzərdə tutulanların sistemli şəkildə həyta keçirlməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayır və regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açır.
Beynəlxalq hüquq kontekstində yanaşdıqda Vaşiqton sazişinin maddələrin hər birinin arxasında konkret beynəlxalq hüquq prinsip və normaları dayandığından, böyük sülhə aparan bu Yol Xəritəsinin reallşdırılmasının hədəfləri və reallaşdırma mexanizmi aydındır.Bununla belə təbii ki, böyük sülhə aparan yol tam hamar da deyil.Çünki birincisi,Vaşinqton razılaşmalarının reallşadırılması Cənubi Qafqazda geosiyasi mənzərəni və arxitekturanı xeyli dərəcədə dəyişdirir.Həmin arxitekturada Rusiyaya yer yoxdur.İkincisi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair müddəada vurğulanır ki, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlər görülməlidir. Ermənistanın Azərbaycana qarşı mövcud olan ərazi iddialarının aradan qaldırılması,dayanıqlı sülhün əldə edilməsi üçün Ermənistan konstitusiyasına dəyişikliklər etməlidir.Bu kontekstdə Azərbaycan uzun illərdir davam edən münaqişənin başa çatması istiqamətində öz siyasi iradəsini birmənalı şəkildə ortaya qoyub..Ermənistan tərəfi də bu sahədəki siyasi iradəsinə davamlı xarakyer versə,ortaya qoyulan müştərək siyasi iradə və konstruktiv mövqe ABŞ-ın dəstəyi ilə bu sahədə gözlənilən çətinliklərin aradan qaldırılmasında və Vaşınqton sazişində öz əksini tapan hədəflərə nail olunmasında mühüm rol oynayır və oynamaqda davam edəcək:
1. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik-siyasi nizamı bir daha təsdiq edir. Bu Bəyannamə ABŞ-ın Azərbaycanın yanında olduğunu və ölkənin yaratdığı yeni geosiyasi reallıqları tanıdığını göstərdi.Görünən budur ki, ABŞ-in dəstəyi ilə Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət kimi mövqeyi daha da möhkəmlənəcək.
2.Qarabağ probleminin həlli istqamətindəki fəaliyyətinin mənfi tərəfləri müsbətindən qat-qat çox olan və ədalətli nəticə əldə edə bilməyən ATƏT-in Minsk Qrupu buraxılacaq. Minsk Qrupunun ləğvi, Azərbaycanın Qarabağ məsələsində tam hüquqi və siyasi qələbəsini təsdiq edir və bundan sonra regionda yeni sülh prosesləri yalnız Azərbaycanın suverenliyi çərçivəsində həll olunacaq.
3.Bölgəmizdə qarşılıqlı hörmət və maraqların balanslaşdırılması,eləcə də yeni xarakterli, qarşılıqlı faydalılıq prinsipinə əsaslanan praqmatik münasibtlər sistemini formalaşacaq.
4. İmzalanan Birgə Bəyannamənin əsas müddəalarından biri Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəiyidir.Bu kontekstdə Bəyannamədə "Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz rabitə" bəndi xüsusi vurğulanır. Bu, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsas yaradır. Zəngəzur Dəhlizinin açılmasına razılığın əldə olunması təkcə Azərbaycan və Ermənistan üçün yox,bütövlükdə bölgə ölkələrinin xeyrinə olan bir variant kimi çox əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Türk dünyası arasında əlaqələrinin güclənmsinə də öz töhfəsini verəcək. Həmin dəhlizin fəaliyyəti bölgəmizi sülh və tərəqqiyə aparan yol olacaq.
5. Bəyannamə ABŞ-in Azərbaycanla münasibətlərini "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılmasına yol açır.Bu,Azərbaycanın təhlükəsizlik,energetika,iqtisadi və digər sahələrdə ABŞ ilə daha sıx əlaqələr qurmaq imkanlarını xeyli genişləndirəcək. ABŞ prezidenti tərəfində Konqresin 907-ci düzəlişinin fəaliyyətinin dayandırılması istiqamətində atılan addımın ardından həmin düzəlişin ümumiyyətlə ləğv edilməsinə nail olunması Azərbaycanın Cənubi Qafqazda regional gücə çevrilməsinə mühüm töhfə verəcək.
Vaşinqton görüşü Cənubi Qafqaza sülh və sabitlik mərhələsinin gətirilməsinə hesablanıb. Vaşiqton sazişinin reallaşdırılması həm region dövlətləri, həm də beynəlxalq güc mərkəzləri üçün yeni siyasi və iqtisadi balans yaranacaq.Belə şəraitdə Cənubi Qafqazda dayanıqlı sülh daha tez bərqərar olmuş olar. Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh, sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər. Ona görə də bütün qüvvələr fikirdə,sözdə və əməldə Azərbaycan və Ermənistan arasında imzalanan Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi dəstək alan Vaşinqton razılaşmalarını dəstəkləməli, buna səmiyyətləri çatmayanlar isə heç olmasa Cənubi Qafqaz xalqlarının sülh və əminamanlıq şəraitində yaşamaq haqqını tanımalıdır.Bu, Azərbaycan və Ermənistanın maraqlarını ifadə edən sülh müqaviləsinin optimal müddətdə imzalanması və ratifikasiyası üçün çox vacibdir.

Əli Məsimli
Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see170

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see149

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see130

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see128

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see124

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see124

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see123

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see122

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see122

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see121

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see121

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see120

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see119

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see118

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see118

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see118

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see118

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see117

Bu gündən ixtisas seçiminə start verilir

11 Avqust 2025 08:49see116

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri