Icma.az
close
up
RU
Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər Dünya mətbuatı YAZIR...

Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər Dünya mətbuatı YAZIR...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda baş tutacaq üçtərəfli görüşü dünya mediasının diqqət mərkəzindədir.

Müxtəlif nüfuzlu beynəlxalq media orqanları bu barədə fərqli təhlil və məlumatlar təqdim edir. Modern.az xarici mediada görüş barədə dərc edilən xəbər-məqalələri araşdırıb.

"British Broadcasting Corporation" (BBC) xatırladır ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. BBC Vaşinqton görüşünü bu diplomatik prosesin davamı kimi dəyərləndirir.

“The Washington Post” yazır ki, Əbu-Dabidəki beş saatlıq danışıqlara baxmayaraq, heç bir sənəd imzalanmayıb. ABŞ paytaxtında keçiriləcək görüşdən sonra “nəhayət sülh sazişi”nin elan ediləcəyi gözləntiləri olsa da, nə Azərbaycan, nə də Ermənistan bu barədə təsdiq verib. Nəşr qeyd edir ki, tərəflər arasında hələ də həll olunmamış problemlər var.

“Middle East Eye” portalı yazır ki, Azərbaycan sülh sazişinin yekun bağlanması üçün Ermənistanın konstitusiyasına dəyişiklik edilməsini tələb edir. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan maddələrin olmasından gedir. Bu dəyişikliyin həyata keçirilməsi üçün İrəvanda ümumxalq referendumu keçirilməlidir. Portalın mənbələri hesab edir ki, Vaşinqton görüşündə tərəflər sadəcə “niyyət protokolu” (letter of intent) imzalaya bilərlər.

Ermənistanın “News.am” portalı Vaşinqton görüşünü “regionda sülh, rifah və iqtisadi əməkdaşlığı təşviq etməyə yönəlmiş üçtərəfli təşəbbüs” kimi təqdim edir. Portal bu təşəbbüsü Cənubi Qafqazda geosiyasi dəyişikliklərin mümkün başlanğıcı kimi qiymətləndirir.

“Əl-Cəzirə” isə daha ehtiyatlı mövqe sərgiləyərir. Portal qeyd edir ki, hələlik real və davamlı sülh perspektivi ilə bağlı nikbin proqnoz vermək çətindir.

Rusiyanın “Kommersant” nəşrində dərc edilən məqalədə deyilir ki, Vaşinqtonda ABŞ prezidentinin respublikaçı köməkçiləri artıq qarşıdakı görüşdən danışırlar və Ağ Evin rəhbəri üçün yeni diplomatik qələbə kimi qiymətləndirirlər. “Hazırlanan sənəd sülh müqaviləsi olmasa da, onun imzalanması faktı Ağ Evdə Donald Trampa Cənubi Qafqazda sülhməramlı kimi çıxış etmək imkanı verəcək. Moskva ilə münasibətlərdə böhran yaşayan İrəvan və Bakı ABŞ-ni regionun əsas tənzimləyicisi kimi tanımağa hazır olduqlarını nümayiş etdirirlər”, - deyə məqalədə bildirilir.

Ermənistanın “Joğovurd” qəzeti hakimiyyətə yaxın mənbələrə istinadən qeyd edir ki, Vaşinqtonda keçiriləcək növbəti görüş zamanı “tarixi irəliləyiş” kimi təqdim ediləcək sənədin imzalanması mümkündür. Qəzetin iddiasına görə, Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının iclasında ABŞ-da müəyyən bir sənədin imzalanacağı ehtimalının yüksək olduğunu bildirib. Məlumata əsasən, sözügedən sənəd Zəngəzur dəhlizi ilə bağlı ABŞ tərəfindən irəli sürülən yeni təklifi əhatə edir. Bu təklifdə “dəhliz” termini işlədilmir və heç bir səlahiyyətin ötürülməsi nəzərdə tutulmur. Bununla belə, xarici nəzarət mexanizmləri təklifə daxil edilib.

Türkiyənin "Anadolu" agentliyində dərc edilən xəbərdə isə deyilir ki, İkinci Qarabağ müharibəsindən sonra Bakının təklifi ilə sülh danışıqlarına başlayan Azərbaycan və Ermənistan 2025-ci ilin martında sülh sazişinin mətni ilə bağlı razılığa gəliblər. Agentlikdə sülhün imzalanması üçün Azərbaycanın iki əsas şərtini - Ermənistan konstitusiyasının dəyişdirilməsini və ATƏT-in Minsk Qrupunun ləğv edilməsini xatırladıb.

Ümumilikdə, beynəlxalq medianın təhlilləri Vaşinqton görüşündən böyük gözləntilərin olsa da, ehtiyatlı optimizmin hakim olduğunu göstərir. Sülh sazişinin imzalanması ehtimalı ilə yanaşı, tərəflərin sadəcə qarşılıqlı öhdəlikləri əks etdirən “niyyət sənədi” ilə kifayətlənə biləcəyi də vurğulanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri