Icma.az
close
up
RU
İlham Əliyevlə Paşinyan Münhendə GÖRÜŞƏ BİLƏR

İlham Əliyevlə Paşinyan Münhendə GÖRÜŞƏ BİLƏR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah Almaniyada 61-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır.

Modern.az-ın məlumatına görə, fevralın 14-də başlayan konfrans çərçivəsində 200-ə yaxın rəsmi tədbir keçiriləcək.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin açılış nitqindən sonra dünyanın müxtəlif regionlarından olan yüzlərlə lider dünyanın təhlükəsizlik siyasəti problemlərini müzakirə edəcəklər.

Konfrans çərçivəsində qlobal idarəetmə, demokratik davamlılıq, iqlim təhlükəsizliyi və bir çox başqa mövzular daxil olmaqla qlobal təhlükəsizlik çağırışlarına diqqət yetiriləcək, beynəlxalq asayişin vəziyyəti, eləcə də regional münaqişələr və böhranlar ətrafında müzakirələr aparılacaq.

Transatlantik tərəfdaşlığın gələcəyi də konfransın ikinci gününün diqqət mərkəzində olacaq. Bazar günü konfrans Avropanın dünyada roluna dair müzakirələrlə yekunlaşacaq.

Qeyd edək ki, konfransda Cənubi Qafqaz ölkələrinin liderlərinin də iştirak edəcəyi gözlənilir. Hər üç ölkənin lideri əvvəlki konfranslarda dəvət edilənlər arasında olub.

Bu il də Azərbaycan Prezindeti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirak edəcəyi gözlənilir.

Konfrans zamanı Prezindet İlham Əliyev və Paşinyan arasında təmasların olacağı istisna edilmir.

Qeyd edək ki, ötən il keçirilən konfransda İlham Əliyev həm Almaniyanın Kansleri Şolts və Ermənistanın Baş naziri Paşinyanla üçtərəfli, həm də Paşinyanla ikitərəfli görüş keçirib.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri