Icma.az
close
up
RU
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? Deputatdan AÇIQLAMA

Vaşinqton görüşü niyə İranı qorxuya salıb? Deputatdan AÇIQLAMA

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Təbii ki, bu, İranın daxili və xarici siyasətində baş verən hadisələrdir. Bu, birinci hal deyil, istər Zəngəzur dəhlizinə, istərsə də regionda baş verən bir sıra islahatlara bu ölkə həmişə neqativ münasibət göstərir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Vaşinqton görüşündən sonra İran rəsmilərinin təşvişə düşərək müxtəlif açıqlamalar verməsinə münasibət bildirərkən deyib.

Parlamentari qeyd edib ki, İran fikirləşir ki, Zəngəzur dəhlizi ABŞ-nin nəzərətinə keçsə, onun sərhədlərində NATO qoşumlarının cəmləşməsi baş verə bilər:

"Əsasən iqtisadi, siyasi və hərbi baxımdan İran çalışır ki, özünün siyasətini regionda həyata keçirsin və hər hansı həyata keçirilən islahat onunla razılaşdırılsın. Azərbaycan öz müstəqil xarici və daxili siyasətini həyata keçirməklə sübut edir ki, heç bir kənar təsir elə bir qüvvəyə malik deyil ki, bu yoldan bizi döndərsin. Əsas məqam da odur ki, İran hərbi baxımdan fikirləşir ki, Zəngəzur dəhlizi əgər ABŞ-nin nəzərətinə keçsə və ya onlar tərəfindən bir sıra mühafizə qurumlarına həvalə olunsa, onun sərhədlərində NATO qoşunlarının cəmləşməsi baş verə bilər. Lakin burada da baxmayaraq ki, Azərbaycan-İran sərhədində əvvəllər hansı qoşunlar dururdu, o boz zonalar var idi. Bu gün artıq hətta Ermənistan-Azərbaycan sərhədində NATO-nun vizual kəşfiyyatçıları durur. NATO deyəndə bir sıra Avropa dövlətlərinin. Bu, hərbi baxımdan gətirilən bir bəhanədir".

Deputat əlavə edib ki, İran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizi istifadəyə verilməsin:

"Digər məsələ isə odur ki, onlar iqtisadi baxımdan çalışırlar ki, bütün proseslər İran ərazisindən keçsin, logistik daşımalar və digərləri. İran bu məsələdə çalışır ki, Zəngəzur dəhlizi istifadəyə verilməsin. Çünki bütün yüklər Zəngəzur dəhlizindən keçdikdən sonra, eyni zamanda avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı oradan hərəkət etdikdən sonra, İran artıq nə Azərbaycandan gələn yükləri, eyni zamanda sərnişin daşımalarını Naxçıvana keçmək üçün həyata keçirə bilməyəcək. Siyasi baxımdan da Ermənistana həmrəylik göstərməyə çalışır və çalışır ki, daim Ermənistana öz təsirini, təzyiqini artırsın. Ona görə də ən yüksək səviyyədə İran rəhbərliyinin verdiyi bəyanatlar, düşünürəm ki, tək qorxu deyil, burada nəyin bahasına olur-olsun, öz maraqlarını həyata keçirməkdən ibarətdir. Artıq regional siyasətlər qlobal siyasətə çevrilir və əgər İran müəyyən qədər narazılıq göstərsə də, paralel olaraq nüvə problemləri ilə bağlı artıq Vaşinqtonla danışığa getməyə hazırlaşır. Ümumən desək, bu proseslər öz yoluna düşəcəkdir. Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasət öz töhfəsini verəcəkdir".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri