Vaşinqton görüşü regionda sülhə, əməkdaşlığa töhfə verir Fərid Şəfiyev
Icma.az, 525.az saytına istinadən bildirir.
"8 avqust Vaşinqton görüşü Cənubi Qafqazda vahid sülh, əməkdaşlıq, təhlükəsizlik platformasının yaranmasına töhfə verir".
525.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərinin normallaşması istiqamətində addımlar atılır, sülh sazişi layihəsi paraflanıb:
"Ümid edirk ki, Ermənistanda konstitusiya dəyişikliyindən sonra sülh sazişi imzalanacaq. Artıq məlumdur ki, ATƏT-in Minsk qrupu ləğv edilib".
ABŞ-Azərbaycan münasibətlərinə toxunan F.Şəfiyev deyib ki, 8 avqust görüşü həm də Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır.
“907 saylı düzəliş artıq ləğv edilib. Tərəflər strateji tərəfdaşlıq xartiyasının hazırlanması haqqında razılığa gəliblər. Son 30 il ərzində bizim əməkdaşlığımız əsasən enerji sahəsində olub. İndi isə digər sahələrdə də tərəfdaşlıq perspektivləri var”, - Fərid Şəfiyev bildirib.
BMTM-nin sədri əlavə edib ki, regionumuzda iki müharibə ocağı cərəyan edir – Rusiya-Ukrayna və Yaxın Şərq. Bunlar Cənubi Qafqaza təsirsiz ötüşmür: “Vaşinqtonda sülh sammiti, əldə edilən razılaşmalar Cənubi Qafqazda sülhün irəli aparılmasına imkan yaradır”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















