Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Vaşinqton görüşü regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib ŞƏRH

Vaşinqton görüşü regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 avqust, AZƏRTAC

Vaşinqton görüşü Azərbaycan-Ermənistan sülh gündəliyinin inkişaf etdirilməsində vacib platforma kimi qiymətləndirilə bilər. ABŞ-ın vasitəçiliyi ilə baş tutan bu görüş şəxsi ambisiyalardan və maraqlaradan daha çox regional əməkdaşlığa və dayanıqlı sülhə hədəflənib. Bunu görüş zamanı əldə edilmiş razılıqlara və imzalanmış bəyannamə mətninə baxdıqda tam şəkildə görmək olar.

Memarı dövlətimizin başçısı İlham Əliyev olan sülh gündəliyi çərçivəsində növbəti görüşün dünyanın bir nömrəli ölkəsində və ofisində keçirilməsi Azərbaycan üçün olduqca ciddi siyasi dividentlər qazandırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, imzalanmış Birgə Bəyannamə hər bir halda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan daha üstün siyasi və hüquqi qüvvəyə malikdir və sırf regionun inkişafına əsaslanır. Əlavə olaraq isə əvvəlki bəyanatdan fərqli olaraq budəfəki bəyanatın bəndlərinin implementasiya mexanizmləri daha işlək və gələcəyə hədəflənib. Bu da Azərbaycana və Ermənistana yekun sülh sazişinin imzalanmasına yalnız və yalnız əlavə manevr imkanları yaradacaq.

"Bu vasitəçilik missiyası çərçivəsində ABŞ-ın hər iki ölkə ilə əməkdaşlığı həm də regiona nüfuz etməsi planı kimi də qiymətləndirilə bilər. Bu, həm də son zamanlar hər iki ölkəyə müxtəlif təzyiq rıçaqlarından istifadə edən bəzi regional güclərə qarşı da əsl siyasi preventiv tədbir də hesab olunur.

Son zamanlar Azərbaycan və Ermənistan daha çox vasitəçi olmadan görüşlərin keçirilməsinə üstünlük verirdilər ki, bu da nəticələrin daha pozitiv olmasına təsir edib. Bu dəfə isə hər iki ölkənin ABŞ-ın vasitəçiliyi ilə görüşməsi tam şəkildə qarşılıqlı etimadın və qərəzin olmadığı diplomatik atmosferdən xəbər verir. Bu da ABŞ-ın öz şəxsi ambisiyalarından məsələyə yanaşmaması prizmasından irəli gəlir. Əvvəlki kabinetdən fərqli olaraq Tramp administrasiyası Qafqaz üzrə yeni strateji kursu müəyyən edib ki, burada da bölgənin hərtərəfli inkişafı və inteqrasiyası əsas ana xətti təşkil edir", - deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, Vaşinqton görüşü, həmçinin Azərbaycanın yeni diplomatik uğuru kimi də qiymətləndirilir. Belə ki, Birgə Bəyannamənin 2-ci bəndində hər iki ölkənin XİN-ləri qısa müddətdə ATƏT-in hazırkı sədrinə Minsk qrupunun ləğv olunması haqqında müraciət ünvanlayacaqlar. Bu, Azərbaycanın sülh sazişi öncəsi Ermənistan qarşısında qoymuş olduğu iki əsas vacib şərtdən biri idi ki, bunun da artıq real icrası başlanmış hesab oluna bilər.

Digər vacib məsələ isə Ermənistanın öz qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasıdır. Artıq Ermənistan rəsmiləri də konstitusiya ilə bağlı dəyişikliklərin 2026-cı ildə ola biləcəyi mesajlarını veriblər.

Lakin qeyd etmək lazımdır ki, artıq sülh sazişinin mətni Vaşinqton görüşündə yüksək səviyyədə paraflandığı təqdirdə həmin sənədin imzalanmasını da gecikdirmək olmaz. Bu faktı Ermənistanın siyasi rəhbərliyi ciddi şəkildə nəzərə almalıdır. Bu, Ermənistanın ciddi məsuliyyət məsələsidir. Belə ki, qarşıdakı 10 ay müddətində həm Ermənistanda, həm də regiondakı siyasi proseslər müxtəlif istiqamətlərdə cərəyan edə bilər. Daxili çəkişmələr və xarici təzyiqlər bu prosesə ciddi maneə ola bilər. Ona görə də Ermənistan bu məsuliyyətdən irəli gələrək ən qısa müddətdə üzərinə düşən məsələləri həll etməlidir.

Amid Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev görüşdən sonra verdiyi müsahibədə də bu məsələyə toxunaraq bildirdi ki, zaman Ermənistanın əleyhinə işləyən bir faktordur. Xarici təzyiqlər fonunda Ermənistan bu prosesdən boyun qaçırsa, ilkin olaraq ABŞ və onun dövlət başçısına qarşı hörmətsizlik və etimadsızlıq edəcək, bütövlükdə isə rəsmi İrəvan çıxılmaz və çətin bir vəziyyətə düşəcək. Ona görə də Ermənistan ən qısa müddətdə mümkün alternativ variantlar vasitəsilə konstitusiya dəyişikliklərini həll etməlidir. Əks halda Ermənistan ödənməsi çətin olan bir hesabı boynuna ala bilər. Budəfəki vasitəçi olan ABŞ digər vasitəçilərdən fərqli olaraq Ermənistanı cəzalandırmaq üçün bütün real imkanlara və rıçaqlara malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri