Icma.az
close
up
RU
Vaşinqton görüşünə 2 baxış: Rus beyinli erməni, erməni beyinli amerikalı

Vaşinqton görüşünə 2 baxış: Rus beyinli erməni, erməni beyinli amerikalı

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonla ikitərəfli əlaqələri genişləndirən sazişlər imzalayacağı gözlənilir. Hətta Avropa mediası yazır ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-a verilməsinə razılaşıb.


Məlumdur ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Nəinki Azərbaycan politoloqları, eləcə də dünya siyasi simaları bu dəhlizi yüksək qiymətləndirir və dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaqlarını söyləyirlər. Hətta bəzi ekspertlərin fikrinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək.

Belə ola bilən bir halda dünya xəritəsində belə görünməyən Ermənistanın bu qədər böyük və güclü ölkələrə qarşı duracağı da ağlabatan deyil. Bu həm Ermənistan dövlətçiliyinə, həm də erməni toplumuna zərərdən başqa heç bir şey verməz.
Di gəl ki, hər erməni də belə geniş düşüncə və ağıla sahib deyil ki, ən adi detalları təhlil etsin.

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya mediasına bildirib ki, tərəflər Vaşinqtonda “Zəngəzur dəhlizi” ilə bağlı memorandumu imzalaya bilər. Bu isə Ermənistanın maraqlarına cavab vermir:"Bəzi məlumatlarda deyilir ki, böyük ehtimalla söhbət dəhlizindən gedəcək. Görünür, Əliyev Tramp ilə razılığa gəlib – amerikalılar üçün yaxşılıq edib – bu dəhlizi ABŞ-ın nəzarətinə verməyə razılaşıb. Yoxsa Paşinyanı ora niyə dəvət etsinlər? Paşinyan illərlə Tramp ilə görüşmək istəyirdi, amma indiyə qədər bu ona qismət olmamışdı”.
Məlum dəhlizin (Zəngəzur -red-ƏR) ABŞ planınaəsasən amerikalı hərbçilərin və ya özəl hərbi şirkətlərin (ÇVK) nəzarətinə veriləcəyi ilə bağlı danışan Abramyanın onu da qeyd edib ki, bu tip razılaşmalar Ermənistanın maraqlarına uyğun deyil:"Ermənistan üçün daha sərfəli variant bu strateji əhəmiyyətli magistralın ya birbaşa özü tərəfindən, ya da Rusiya ilə birlikdə idarə olunması olardı. Bugünkü Ermənistanın marağı nədədir? Ermənistanın bu gün çoxsaylı sosial və iqtisadi problemləri həll etmək üçün maliyyə vəsaitinə ehtiyacı var. Bəs niyə bu yolu özümüz idarə etməyək? Bu, real və sabit gəlir mənbəyi ola bilərdi. Və ya Rusiya ilə birlikdə idarə edilə bilərdi. Amma yox, mütləq amerikalıları dəvət etmək lazımdır”
Abramyan rus başı ilə Paşinyanı şərləməkdən də çəkinmir: Paşinyan bu addımı atarkən bəlkə də Azərbaycan, Türkiyə və ya ABŞ-dan şəxsi təminatlar alıb. “O, tamamilə Türkiyənin və Bakının diktəsi ilə hərəkət edir və onların maraqlarına uyğun davranır. Ola bilər ki, ABŞ-dan hansısa təminatlar alıb, amma onların bu cür təminatları necə yerinə yetirdiyini biz yaxşı bilirik”.

Bu arada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da xeyli fəallaşıb və ermənipərəstliyini nümayiş etdirmək üçün fürsət tapıb. O qeyd edib ki, Tramp Nobel Sülh Mükafatını almaq istəyir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bu məsələdə həlledici ola bilər: "Mən bilirəm ki, həm Azərbaycan prezidenti Əliyev, həm də Ermənistanın baş naziri Paşinyan mübahisəli məsələlərin həlli ilə bağlı eyni fikri bölüşürlər və Ermənistan hakimiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edəcək Ermənistan Konstitusiyasına lazımi düzəlişlər etməyə hazırdır.

O, qeyd edib ki, Tramp Nobel Sülh Mükafatını almaq istəyir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bu məsələdə həlledici ola bilər: "Mən bilirəm ki, həm Azərbaycan prezidenti Əliyev, həm də Ermənistanın baş naziri Paşinyan mübahisəli məsələlərin həlli ilə bağlı eyni fikri bölüşürlər və Ermənistan hakimiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edəcək Ermənistan Konstitusiyasına lazımi düzəlişlər etməyə hazırdır"
Zəngəzur dəhlizini icarəyə vermək ideyasının uğursuz olacağını iddia edən Brayzaya bildirmək lazımdır ki, bu bəlkə də Rusiyanı bölgədən çıxartmaq, regionda nüfuzunu endirmək üçün ən əlverişli vasitədir.


Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Avqust 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri