Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Robototexnikada inqilab: İnsan beyinli robotlar gəlir!

Robototexnikada inqilab: İnsan beyinli robotlar gəlir!

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Qərbdə populyar hərəkata çevrilmiş transhumanizm nəzəriyyəsi deyəsən, gerçəkləşməyə doğru gedir. Bioloji orqanizmlərin texnoloji varlıqlara dönüşməsi, hibrid orqanizmlər, fantastik filmlərdə gördüyümüz yarıinsan, yarırobot canlılar, itirilmiş və ya zədələnmiş orqanın süni alternativlə əvəz edilməsi kimi fantastik fikirlər yavaş-yavaş reallaşır. 

Bu yaxınlarda Çin alimləri insanın beyin hüceyrələri ilə idarə olunan robot yaradıblar. Artıq, bu layihəni robototexnika və neyrobiologiya sahəsində inqilab adlandırdılar. 

Alimlər insan hüceyrələrindən beyin orqanoidi almağa nail olub, sonra onu robotun idarəetmə sisteminə nəql ediblər. Bu orqanoid hələlik ətraf hissələrin hərəkəti kimi sadə tapşırıqları yerinə yetirə bilir.

Əlbəttə, biotexnologiyanın inkişafı özlüyündə bir çox suallar, mübahisə və müzakirələr doğurur. Bu mübahisələrdə məsələyə əsasən, etik tərəfdən yanaşılır.  Robototexnikada insan hüceyrələrindən istifadə elmin dəstəklədiyi addım olsa da etik və fəlsəfi baxımdan bir sıra tənqidlərlə üzləşir. 
Biotexnologiya tənqidçilərinin əsas narahatlığı insan genetikasına hədsiz müdaxilənin fəsadlarından, süni varlıqların əsil insana və təbiətə təhlükə ola biləcəyi qorxusundan irəli gəlir. 

Alimlər isə bu iddialara təmkinlə cavab verirlər. Onların fikrincə, son elmi nailiyyətlər insanların və maşınların qarşılıqlı əlaqəsini gücləndirməyə, unikal hibrid sistemlər yaratmağa və təkmilləşdirməyə yönəlib. Düşünürlər ki, bu sistemlər insan həyatını daha asan və komfort hala gətirəcək. 

Tədqiqatçılar insanın bədən hüceyrələrindən "orqanoid" adlanan mini-beyin hazırlayıblar. Bu hüceyrələr müxtəlif toxuma tiplərinə çevrilərək neyron strukturları yaradır və  insan beyninin bəzi funksiyalarını yerinə yetirə bilir.

Beyin orqanoidi xarici mühitlə əlaqə yaratmağa imkan verən neyron interfeysi ilə birləşdirilib. Bu interfeys elektrodlar beyin hüceyrələri ilə kompüter arasında siqnalların ötürülməsini təmin edir. 

Bioloji beyin elektrik siqnalları ilə robotun ətraf mühiti öyrənməsinə imkan yaradır və onu süni intellektdən daha ağıllı edir.

Robot orqanoid tərəfindən göndərilən məlumatları emal edən və onları hərəkət əmrlərinə çevirən proqramla idarə olunur. Bu da onun hərəkət etməsinə, maneələrdən yayınmasına və predmetləri duymasına imkan yaradır.

İşin ən çətin tərəfi isə, insan beyinli robotun fəaliyəti üçün insan beyninə uyğun şəraitin tələb olunmasıdı. Yəni, robotun qondarma beyini üçün sabit temperatur yaranmalı, orqanizm qida maddələri ilə təmin edilməli və infeksiyalardan qorunmalıdı. Buna görə bioloji beyinlə idarə olunan robotun yaradılması biologiya və elektronikanın sintezini tələb edir. Bu da robototexnika ilə neyrobiologiya sahəsində yeni, möcüzəli imkanlar açmaqdadır.

Murad Köhnəqala 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri