Icma.az
close
up
RU
Ukrayna böhranının həllində “intensiv diplomatiya” Vaşinqton hərəkətə keçir

Ukrayna böhranının həllində “intensiv diplomatiya” Vaşinqton hərəkətə keçir

Ayna saytına istinadən Icma.az xəbər verir.

Tramp Putin və Zelenski ilə təmaslara başlayır: “İnsanların döyüş meydanında ölməsinin dayandırmasını istəyirəm”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla gələn həftə görüşəcəyini təsdiqləməyib. Amma deyib ki, növbəti həftələrdə “diplomatiya çox intensiv ola bilər.”

Qeyd edək ki, Trampın fevralın 7-də dediyinə görə, o, ehtimal ki, gələn həftə Zelenski ilə görüşəcək. Amerika lideri bildirib ki, görüşün keçiriləcəyi yer “Vaşinqton ola bilər” və əlavə edib ki, “Kiyevə getməyəcək”.

Tramp həmçinin “yəqin ki, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə danışacağını” söyləyib, lakin vaxtı açıqlamayıb.

Bu gün isə ABŞ Prezidenti Rusiya Prezidenti ilə telefon danışığı olduğunu açıqlayıb. Tramp “New York Post”a müsahibəsində qeyd edib ki, Ukraynadakı müharibə ilə bağlı müzakirə aparıb. Telefon danışığının nə vaxt baş tutduğu məlum deyil. İki prezidentin neçə dəfə telefonla danışdığı sualına Tramp belə cavab verib: “Deməməyi üstün tuturam”.

Tramp deyib ki, “insanların döyüş meydanında ölməsinin dayandırmasını” istəyir. ABŞ Prezidenti həmçinin bildirib ki, onun müharibəni necə bitirəcəyi ilə bağlı dəqiq planı var: “Ümid edirəm ki, bu planı açıqlamaq tezdir. Onlar görüşmək istəyirlər”. Ehtimal ki, Amerika lideri Rusiya və Ukrayna liderlərini nəzərdə tutur.

“Amerikanın Səsi” yazıb ki, Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Putinlə görüşmədən əvvəl onun və Trampın şəxsən görüşməsi vacibdir.

“Gələcək həftələrdə diplomatiya çox intensiv ola bilər və biz bu vaxtın effektiv və məhsuldar olması üçün lazım olanı edəcəyik. Biz Prezident Trampla işləməyi həmişə yüksək qiymətləndiririk,” Ukrayna lideri çıxışında vurğulayıb.

“Biz həmçinin komandalar səviyyəsində görüşlər və danışıqlar planlaşdırırıq. Hazırda Ukrayna və Amerika komandaları detallar üzərində işləyir. Möhkəm, davamlı sülh daha da yaxınlaşacaq”, - Zelenski əlavə edib

ABŞ Prezidenti daha əvvəl Ağ Evdə etdiyi şərhlərdə Ukraynaya davamlı hərbi yardımı Ukraynanın xammallarına çıxışla şərtləndirməkdə maraqlı olduğunu təkrarlayıb: “Prezident Zelenski ilə nəzərdən keçirdiyimiz şeylərdən biri onların ehtiyatlarının təhlükəsizliyidir. Onların yeraltı ehtiyatları, nadir torpaq elementləri və başqa şeyləri var, lakin əsas olaraq nadir torpaq elementləridir".

“Biz Ukrayna ilə onlara verdiyimizə nadir torpaq elementləri və digər ehtiyatları ilə zəmanət verəcək bir razılaşma əldə etməyə çalışırıq”, Tramp qeyd edib.

Amerika lideri fevralın 7-də deyib ki, “Birləşmiş Ştatlar dəstəyi müqabilində eyni miqdarda nə isə” istəyir: “Biz onların tarazlamasını istərdik”.

Bir neçə növ nadir torpaq elementləri, nikel və litium da daxil olmaqla 40-dan çox mineral ABŞ iqtisadiyyatı və milli müdafiəsi üçün kritik hesab olunur. Ukraynada böyük uran, litium və titan yataqları var. Ukrayna keçən il müharibəni bitirmək planını təqdim edərkən kritik mineral ehtiyatlarını müttəfiqlərin sərmayəsinə açmaq ideyasını irəli sürüb və indi razılaşmaya açıq ola biləcəyinə işarə edib.

“Əgər biz razılaşmadan danışırıqsa, onda gəlin razılaşaq. Biz yalnız bunun tərəfdarıyıq” Zelenski fevralın 7-də Zelenski müharibənin istənilən həllinin bir hissəsi kimi Ukraynanın müttəfiqlərindən təhlükəsizlik zəmanəti almasına ehtiyac olduğunu vurğulayaraq deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Fevral 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri