Vaşinqton razılaşmalarının icrası üzrə ilk görüşü keçirildi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilən razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü baş tutub.
"Ölkə.az" xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin müavininin köməkçisi Sonata Koulter iki ölkə arasında fəal inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.
Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olması işində əhəmiyyətli dəstəyini vurğulayıb və Ermənistanın 8 avqust 2025-ci il tarixində imzalanan anlaşma memorandumlarının icrasında maraqlı olduğunu təsdiqləyib. Görüşdə TRIPP layihəsi çərçivəsində gələcək addımlar, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, həmçinin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa toxunulub.
Tərəflər əldə edilən razılaşmalar üzrə əhəmiyyətli irəliləyişi qeyd ediblər və məqsədlərin qısa müddətdə həyata keçirilməsi üçün müzakirələri davam etdirməyi qərara alıblar.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















