Icma.az
close
up
RU
Rusiyanın Vaşinqton görüşü təlaşı

Rusiyanın Vaşinqton görüşü təlaşı

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Rusiya Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş sülh razılaşmasından dərindən narahatlıq keçirir. İlk günlər rəsmilər tərəfindən nisbətən müsbət bəyanatlar verilsə də, artıq Moskva özünün əsl niyyətini göstərməyə başlayıb. Bir neçə gün əvvəl bu ölkənin Baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Azərbaycanla Ermənistan arasında paraflanmış sazişə “ehtiyatlı nikbinliklə” yanaşdığını bəyan etdi.

Ardınca isə xarici işlər naziri Sergey Lavrov mövzuya toxunaraq deyib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşma ilə bağlı bir neçə gün ərzində müsbət rəylər səslənsə də, sənəd dərc olunandan sonra bütün bu fikirlər skeptik qiymətləndirmələrlə əvəz olundu: “Görünən odur ki, mətndə hər şey razılaşdırılmayıb. Biz real sülh müqaviləsinin yekunlaşdırılmasında maraqlıyıq".

Lavrov razılaşdırılmayan məqamlar və şübhələrin nədən ibarət olduğuna aydınlıq gətirməyib. Elə real sülh müqaviləsinin onun təbirincə necə olması məsələsi də açıq qalıb.

Əslində Vaşinqton sammitindən keçən qısa müddət ərzində tərəflər sülh istiqamətində bir sıra addımlar atıblar, rəsmilər arasında müəyyən təmaslar olub, artıq Azərbaycanın şərtlərindən biri yerinə yetirilib, yəni ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib, sərhədlərin müəyyənləşdirilməsi üzrə görüş baş tutub. Proses davam edir, tərəflər sülhü qorumaqda və irəli aparmaqda qərarlıdırlar. Görünən odur ki, Vaşinqton razılaşmalarında şübhəli heç nə yoxdur. Bunu dərc edilmiş sənədin mətni də göstərir. Sadəcə Rusiya Cənubi Qafqazda bütün kartların əlindən çıxmasından, son ümidi olan Zəngəzur dəhlizinə nəzarət imkanını da itirməsindən narahatdır.

İkincisi, 44 günlük müharibədən keçən müddət ərzində Moskva əlində imkanların olmasına baxmayaraq, sülh üçün heç nə etmədi, prosesi uzatmağa, münaqişə vəziyyətini saxlamağa, öz maraqlarını bölgədə təmin etməyə çalışdı. Bununla belə, Lavrov deyib ki, Bakı ilə İrəvan arasında əldə edilmiş Vaşinqton sazişi 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalardan irəli gəlib. Rusiyanın oynadığı “rol” bəllidir, sülh bu dövlətin heç vaxt marağında olmayıb. Qarabağda qurduğu oyunlar, separatçılara dəstəyi yaddan çıxmayıb. Prosesə heç bir töhfəsi olmadığı halda indi öz rolunu qabartmağa çalışır.

Lavrovun açıqlaması bir daha onu göstərir ki, Rusiya bölgədə sülhün, sabitliyin, qonşuluq  münasibətlərinin qurulmasında maraqı deyil, düşmənçilik səhifəsinin bağlanmasını istəmir, ona görə də istənilən vasitəyə əl atır. Elə Qarabağı könüllü tərk etmiş ermənilərlə bağlı bir sıra cəhdləri, onları himayə etməsi də bu məqsədə hesablanıb. Baxmayaraq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir. Yəni bu məsələnin qapandığını bildirir.

Mövzunu “525”ə şərh edən politoloq Zaur Məmmədov deyib ki, artıq erməni məsələsi dünyadakı bir çox dairələr tərəfindən Cənubi Qafqazda istifadə edilib. Həmin dairələr öz maraqlarını yerinə yetirmək üçün erməni zəif toplumundan Cənubi Qafqazda hərbi-siyasi məqsədlər üçün istifadə edirdilər və nəticə etibarilə regionda çox ciddi təsir imkanlarına malik idilər: “Həm 1918-20-ci illərdə, həm də 1990-cı illərin əvvəllərində məhz erməni dövlətinin yaradılması və ərazisinin genişləndirilməsi və Azərbaycanla müharibəsi nəticəsində bu və ya digər şəkildə ölkələrin təsir imkanları genişləndi və nəticə etibarilə Azərbaycan ciddi şəkildə zəiflədildi. Bu, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndisə, 90-cı illərin əvvəllərində faktiki olaraq Azərbaycan dövlətinin parçalanmasına gətirib çıxara bilərdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və vaxtında çox vacib məqamlarla bağlı müdrik siyasət aparması ona gətirib çıxardı ki, Cənubi Qafqazda dövr edən erməni məsələsi, Rusiyanın bölgədə təsir imkanları ilə bağlı qərarlar qəbul etdi və onların nəticəsində atəşkəs elan edildi, Azərbaycan vaxt qazandı. Bu gün də biz görürük ki, 2020-ci ildən sonrakı proseslərdə erməni məsələsinin süquta uğramasını istəməyən qüvvələr var. O cümlədən də Rusiyada. Çünki onlar qorxurlar ki, Cənubi Qafqazı itirəcəklər, hətta Ermənistana təsir imkanları azalacaq. Belə olan halda biz müəyyən qısqanclıqların, incikliklərin və s. şahidi olmaqdayıq. Amma məsələ ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında bu gün doğrudan da ortaq məxrəc var, Paşinyan hakimiyyəti hazırda daha başqa cür düşündüyündən o, Azərbaycanla sülhə gedir və artıq Vaşinqtonda sülh sazişi paraflanıb. Rusiyanın hansısa məqamlarla bağlı narahatlığı ola bilər, amma söhbət ondan gedir ki, ilk növbədə Cənubi Qafqaz ölkələrinin maraqlarını başa düşmək lazımdır”.

Politoloq söyləyib ki, Azərbaycanın öz dövlət marağı var. Bu ondan ibarətdir ki, suverenlik, təhlükəsizlik bərqərar olmalıdır, erməni məsələsi bir daha bölgədə olmamalıdır: “Əgər kimsə erməni məsələsini yenidən qaytarmaq istəyirsə, bu, təbii ki, onunla Azərbaycan arasında münasibətlərin  soyumasına gətirib çıxaracaq və burada məsuliyyət Azərbaycanın üzərinə düşmür. Əgər kimsə Azərbaycanla Naxçıvan arasında dəmiyolu xəttinin açılmasına skeptik yanaşır və başqa cür düşünürsə, yenə də burada Azərbaycanın milli maraqlarının qorunmasından söhbət gedir və onsuz da Zəngəzur dəhlizi açıqlacaq.

Rusiya başa düşməlidir ki, qonşuluqda olan bir çox digər ölkələrdən fərqli olaraq Azərbaycanın yanaşması ondan ibarətdir ki, bölgəyə xarici qüvvə gətirilmədən, bölgə dövlətləri daha da suveren olmalıdır və iqtisadi, nəqliyyat layihələrini həyata keçirməlidirlər. Bu kontekstdə biz Zəngəzur dəhlizi – Tramp yolundan Rusiyanın da istifadə etməsinə etiraz etmirik, əksinə, xüsusilə Rusiyanın Yaxın Şərqə giriş və çıxışı üçün bu yoldan bu və ya digər şəkildə istifadə edilə bilər”.

Z.Məmmədov əlavə edib ki, əgər indi Ermənistan hökuməti Zəngəzur dəhlizi ilə bağlı ABŞ şirkətilə və dövlət rəsmiləri ilə anlaşırsa, bu, artıq Ermənistanla Rusiya arasında olan məsələdir və Azərbaycana heç bir aidiyyəti yoxdur: “Ümid edək ki, Cənubi Qafqazdakı proseslərə müdaxilələr olmayacaq, əksinə, bu proseslərə dəstək veriləcək ki, Azərbaycanla Ermənistan arasında yeni səhifə açılsın. Çünki bu, qaçılmazdır. Dünya dəyişir, Avrasiyanın orta xəttində, Cənubi Qafqazda sabitlik yaratmaq lazımdır. Bu sabitlik isə elə Şimali Qafqazda da, Rusiyanıın cənub hüdudlarında da sabitliyə təsir edəcək. Ona görə də bunu başa düşmək lazımdır. Bölgədə Yaxın Şərqdən başlayaraq Ukraynaya kimi, Mərkəzi Asiyadan başlayaraq Qafqaza kimi müharibələrin olması qonşu ölkələrin maraqlarına cavab verməməlidir. Çünki bu həm də təhlükəsizliklə bağlı risklər yaradar. Amma çox təəssüfər olsun ki, bəzən bir sıra ölkələrdəki müəyyən qruplar düşünürlər ki, yenə də müharibələr, ziddiyyətlər və münaqişələr yolu ilə öz maraqlarını bu və ya digər şəkildə həyata keçirə bilərlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see227

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see176

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see175

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see172

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see172

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see172

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see171

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see168

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see167

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see166

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see160

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see159

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see159

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see155

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see154

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see153

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see152

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see150

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri