Icma.az
close
up
RU
Vaşinqton razılaşmasına görə sonuna qədər Paşinyanı müdafiə edəcəklər ŞƏRH

Vaşinqton razılaşmasına görə sonuna qədər Paşinyanı müdafiə edəcəklər ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sağlam düşüncəli erməni ictimaiyyəti baş verən proseslərin fərqindədir


Rusiya, Vaşinqton razılaşmasından sonra Paşinyana qarşı addım atmağı planlaşdırmır. Bu iddia ilə "Hraparak" qəzeti çıxış edib. Nəşr yazır ki, Rusiya rəsmiləri erməni tərəfinə bildirib ki, əgər baş verənlər erməni xalqını qane edirsə, onlar müdaxilə etməyəcəklər:

"Moskva vəziyyətin Ukrayna cəbhəsində necə inkişaf edəcəyini gözləyərək, gözləmə mövqeyi tutmağa üstünlük verir.

Rusiya hakimiyyəti çoxsaylı “gizli məqamlar” səbəbindən Vaşinqton razılaşmasının reallaşmasını “az ehtimal olunan” hesab edir. Eyni zamanda Moskva sərt addımların atılması üçün zamanın yetirmədiyinə inanır".


Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, ABŞ-də Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında təşkil olunan görüş Rusiya tərəfindən ciddi narazılıqla qarşılanır:


"Moskva bu görüşün nəticələrini sabotaj etmək üçün addımlar ata bilər. Ancaq Rusiyanın Azərbaycana təsir imkanları o qədər də geniş deyil. Əslində demək olar ki, yoxdur. Artıq biz Bakı-Moskva münasibətlərində gərginliyin müəyyən hallarda üzə çıxdığını, Rusiyanın isə çox cüzi məsələlərlə Azərbaycana qarşı addımlar atmağa çalışdığını müşahidə edirik. Bunun əksinə olaraq, Ermənistana təsir imkanları daha genişdir. Çünki regionda Rusiyanın ən böyük hərbi kontingenti məhz Ermənistan ərazisində yerləşir. Üstəlik, Ermənistanda Rusiyaya bağlı olan “5-ci kolon” fəaliyyət göstərir. Bu qüvvələr hazırda Qərbə doğru inteqrasiya prosesinə başlamış Nikol Paşinyana qarşı çıxan qruplardır. Buraya ənənəvi müxalifət olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan tərəfdarları, həmçinin Qarabağ klanı daxildir. Eyni zamanda Rusiyaya bağlı olan milyarderlərin qrupları da var. Onlardan biri olan hazırda həbsdə olan Samvel Karapetyan artıq yeni siyasi hərəkat yaratmağa çalışır. Bundan əlavə, Ermənistan Apostol Kilsəsi də faktiki olaraq Rusiyanın “5-ci kolonu” kimi fəaliyyət göstərir. Yəni, Rusiyanın Ermənistana təsir imkanları həm siyasi, həm də hərbi cəhətdən daha güclüdür. Bu səbəbdən "Hraparak" qəzeti belə bir məlumat yayıb ki, Rusiya Ermənistanda siyasi proseslərə müdaxilə edərək Vaşinqton görüşünün nəticələrinin reallaşmasına mane ola bilər".


Analitikin fikrincə, Moskvanın İrəvana təsir məsələsinə gəlincə, son sözü Ermənistan xalqı deməlidir:

"Mən düşünmürəm ki, onlar bu məsələdə Rusiyanı müdafiə etsin. Əksinə, Vaşinqton görüşünün nəticələrinin reallaşması tamamilə Ermənistan xalqının maraqlarına uyğundur. Düzgün strategiya və düzgün siyasət aparılarsa, erməni xalqı Nikol Paşinyanı bu məsələdə sona qədər dəstəkləsə, Rusiya heç bir halda Ermənistanda təzyiq siyasəti həyata keçirə bilməyəcək. Sağlam düşüncəli erməni ictimaiyyəti baş verən proseslərin fərqindədir və prosesin sonuna qədər yekunlaşması üçün Paşinyanı bu siyasətdə müdafiə edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri