Icma.az
close
up
RU
Avropa İttifaqı Vaşinqton razılaşmasına qarşı

Avropa İttifaqı Vaşinqton razılaşmasına qarşı

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Ötən həftə Brüsseldə İrəvanla imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd bir daha Aİ-nin Azərbaycana qarşı qərəzini, ikiüzlü siyasətini nümayiş etdirdi. Sənədlə tanış olanda ilkin gəlinən qənaət bundan ibarətdir ki, Aİ Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləmir və ona zərər verəcək addımlara əl atır. Təbii ki, burda İrəvanın da məsuliyyəti var. Ermənistan Aİ-nin kölgəsinə sığınaraq, onun vasitəsilə nələrsə əldə edə biləcəyini düşünür, amma yanılır. Bakı dəfələrlə sübut edib ki, heç bir gücün qarşısında geri addım atmır, kiminsə diktəsi ilə hərəkət etmir, təzyiq və təhdidləri neytrallaşdırmağı bacarır. 

Söhbət ondan gedir ki, həmin sənəddə Azərbaycan-Ermənistan sülh prosesi ilə ziddiyyət təşkil edən məsələlər yer alıb. Belə ki, sənəddə post-münaqişə dövrünün reallıqları təhrif edilib, həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi işlədilib. Ermənilərin Azərbaycanı öz istəkləri ilə tərk etmələrini sübuta yetirməyə ehtiyac yoxdur. Onlar könüllü olaraq bu yolu seçdilər. Azərbaycan dövləti isə onları məcburi şəkildə saxlaya bilməzdi. Həmçinin Paşinyan dəfələrlə bəyan edib ki, “qayıdış” məsələsinin gündəmə gətirilməsinin əleyhinədir, Qarabağdan gələnlər Ermənistanda qalmalıdırlar, artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb. Paşinyan qeyd edilən məsələni sülh prosesi üçün təhlükəli hesab etdiyini də söyləyib. 

Yaxşı, əgər Ermənistana rəhbərlik edən şəxs həqiqətən belə düşünürsə, onda Aİ niyə narahatdır, real olmayan mövzuları gündəmə gətirmək istəyinin arxasında nə dayanır? Yaxud rəsmi İrəvan Aİ-nin əli ilə bu cür məsələlərdən dividend qazanacağını düşünür? Hər halda sənəddəki bu və indi qeyd edəcəyimiz digər məqamlar paraflanmış sazişə qarşı təxribatdır. 

Belə ki, sənəddə insanlıq əleyhinə amansız cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər “əsir” statusunda qeyd edilib. Aİ-nin onların müdafiəsinə qalxmasının sadəcə izahı yoxdur. 

Sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsi dəstəklənir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur.

Azərbaycan və Ermənistan qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsi ilə bağlı razılığa gəlib. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa razılaşdırılıb. Belə olan halda, Aİ-Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətlə bağlı ciddi suallar yaradır. Digər tərəfdən, bu, İrəvanın özünün də ziyanına işləyir. Çünki işğal dövründə Ermənistan Azərbaycana milyardlarla dollar həcmində zərər vurub. Ərazilərimizi tamamilə dağıdıb, yerlə-yeksan edib, urbisid, kultursid və ekosid törədib. Azərbaycana qarşı beynəlxalq iddialarından geri çəkilməyəcəksə, özü də buna hazır olmalıdır.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə sərt reaksiya verib. XİN-in bəyanatında vurğulanıb ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir. Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.

XİN insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsini reallıqların ciddi şəkildə təhrif edilməsi adlandırıb və bunun qəbuledilməz olduğunu bəyan edib.

O da bildirilib ki, Aİ-Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur: “Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır”.

Bakını narahat edən başqa bir məqam isə Aİ-nin Ermənistandakı Müşahidə Missiyası (EUMA) ilə bağlıdır. Azərbaycanla Ermənistan arasında saziş layihəsinin paraflanmasından sonra bu missiyanın fəaliyyətinə xitam veriləcəyi gözlənilirdi. Çünki paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik götürüb. Amma nə Ermənistan, nə Aİ bu istiqamətdə addım atdı. Bu missiya indiyədək öz mandatından kənar fəaliyyətlə məşğul olub, “binokl diplomatiyası” həyata keçirib. 

Azərbaycan XİN-in bəyanatında da vurğulandığı kimi, ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının fəaliyyətinə xitam vermək əvəzinə, sənəddə EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir. Həmçinin prioritetlər sırasında qeyd edilənlərlə yanaşı, hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir. Bu arada 5 aprel 2024-cü il görüşünü də xatırlatmaq yerinə düşür. Həmin tarixdə Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan rəsmilərinin görüşünün məqsədi məhz İrəvana hərbi dəstək vermək idi.

Ermənistan tərəfinin qeyd edilən məsələlərdəki davranışı aydın deyil, haqlı şübhələr yaradır. Əgər İrəvan Vaşinqon sammitindəki razılaşdırılmış bütün öhdəliklərini yerinə yetirməyə həqiqətən hazırdırsa, onda niyə Aİ ilə həmin razılaşdırmalara zidd olan sənəd imzalayır. İstənilən halda, bütün bu sadalananlar 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. İndi rəsmi Bakının gözləntisi Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atmasıdır. 

Milli Məclisin deputatı Ceyhun Bayramov mövzu ilə bağlı bildirib ki, qeyd edilən sənəd Azərbaycanla Ermənistan arasında uzun müddətdir aparılan danışıqlara əldə edilən nəticələrə xələl gətirir. O xatırladıb ki, 8 avqust Vaşinqton sammiti zamanı tərəflər bir sıra məsələlərlə bağlı razılığa gəliblər:

“Ən azından imzalanan bu strateji gündəlikdə üç məsələ həmin razılaşmaya tamamilə ziddir. Onlardan biri budur ki, tərəflər bütün beynəlxalq məhkəmədə qaldırılan iddialardan kənara çəkilir, buna yenidən qayıtmırlar. Eyni zamanda, üçüncü qüvvənin bölgədə olması məsələsidir. Təəssüf ki, Aİ ilə sənəddə bu, yenidən vurğulanır və daha da inkişaf etdirilməsi məsələsi əksini tapır. Ən çox diqqət çəkən məsələlərdən biri isə Ermənistanın irəli sürdüyü sülh kəsişməsi ilə bağlı sənəddə xüsusi bəndlərin olmasıdır. Tərəflərin Vaşinqtonda razılığa gəldikləri TRİP layihəsi – Zəngəzur dəhlizindən isə sənəddə qəti şəkildə bəhs olunmur. Narahatlıq doğuran məsələlərdən biri də Qarabağdan öz istəkləri ilə gedən ermənilərlə bağlıdır. Məlumdur ki, Azərbaycan reinteqrasiya ilə bağlı ciddi səylər göstərdi, çağırışlar edildi. Amma ermənilər məqsədli şəkildə Qarabağdan getdilər. Açıq şəkildə qeyd etdilər ki, burada yaşamaq istəmirik. İndi isə qəbul edilən sənəddə onlar “köçkün” və “qaçqın” statusunda qiymətlərdirilirlər, yenidən bölgəyə qayıtmaları məsələsi əksini tapıb. Bu sənəd sülhlə bağlı əldə olunmuş razılıqları zədələyir, Azərbaycanla Ermənistan arasında yaranmış etimadı da ciddi bir formada zədələməkdədir. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə də ciddi xələl gətirir. Aİ-nin vaxtilə Şarl Mişelin rəhbərliyi ilə sülh səyləri heç bir nəticə vermədi, indi baş verənlər Vaşinqonda ABŞ lideri Trampın iştirakı ilə əldə olunmuş razılaşmalara, paraflanmış sülh sazişinə qarşı Aİ tərəfindən təxribatdır. Azərbaycan Aİ ilə münasibətlərin inkişafında maraqlıdır, bunu dəfələrlə bəyan etmişik, bizim gözləntimiz bu idi ki, onlar köhnə vərdişlərindən əl çəkməlidirlər. Dəfələrlə əleyhimizə sənədlər qəbul edilib, amma indi regionda yeni reallıqlar yaranıb və bütün dünya da bunu qəbul edib”.

Deputat hesab edir ki, Ermənistan mövqeyi, yanaşması da ciddi sual doğurur: “Ermənistan burda tərəfdir, sənəd 7 il müddətinə nəzərdə tutulub, bu müddət ərzində həmin bəndlər prioritetləşdirilir. Digər bir məsələ isə Ermənistana hərbi dəstəkdir. Hər bir halda, Azərbaycan prosesləri diqqətlə izləyir, ona uyğun olaraq da öz qərarlarını qəbul edib, addımlarını atacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri