Icma.az
close
up
RU
Vaşinqton Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planı KONKRET

Vaşinqton Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Atom Enerjisi Agentliyi mayın 17-də İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatını 408,6 kiloqrama çatdırdığını açıqlayıb. Halbuki fevralda İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatı 274,8 kiloqram idi. Bu, İslam Respublikasının son aylarda uran saflaşdırma proqramının sürətlə irəlilədiyini göstərir. Yeri gəlmişkən, MAQATE bildirir ki, hazırda İran nüvə silahına sahib olmayan ölkələr arasında bu həcmdə uran zənginləşdirən yeganə ölkədir.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu arada məlum olub ki, sonuncu ABŞ–İran danışıqları heç də ümidverici olmayıb. Çünki sonuncu danışıqlardan sonra verilən açıqlamalar və mediaya çıxan çıxışlar pozitiv yüklü deyil.

Qeyd edək ki, ötən həftə sonu Oman xarici işlər naziri Bədr əl-Busaidi Tehrana gedərək ABŞ prezidentinin nüvə razılaşması təkliflərini İran hökumətinə çatdırıb.

Ötən gün Misirdə səfərdə olan İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, rəsmi Tehran ABŞ prezidentinin nüvə anlaşması təklifinə yaxın zamanda uyğun cavabı verəcək. Eyni zamanda Əraqçi bildirib ki, İranın uran zənginləşdirmə hüququna hörmət edilmədiyi halda hər hansı nüvə razılaşmasından söhbət gedə bilməz. Oxşar açıqlamanı bu gün hökumət sözçüsü Fatimə Mohacerani də verib. Sözçü bildirib ki, İran təməl haqlarından geri addım atmayacaq.

Trampın İrana hansı təklifi verdiyi rəsmi olaraq açıqlanmasa da, “Axios” saytı eksklüziv yazısında Donald Tramp administrasiyasının İranın öz ərazisində məhdud həcmdə – 3 faiz ətrafında – uranı zənginləşdirməsinə icazə verilə biləcəyini təklif etdiyini yazıb. Ancaq bu mərhələdə İran uran zənginləşdirmə fəaliyyətini dayandırmalıdır.

“Axios”un yazısından az sonra prezident Tramp vurğulayıb ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir. ABŞ prezidenti qeyd edib ki, mümkün razılaşma çərçivəsində İranın uranı zənginləşdirməsinə icazə verməyəcəklər.

Hələlik ortada rəsmi açıqlama olmasa da, hər iki tərəfdən verilən bəyanatlardan belə aydın olur ki, Trampın İrana təklifinin məzmunu 2015-ci il nüvə sazişinə yaxındır. İran minimum həcmdə, yəni yalnız elektrik enerjisi istehsalı və sənayedə istifadə olunmaq üçün kifayət edəcək həddə – 2015 sazişindəki 3,67 faiz – uran zənginləşdirmək hüququna malik olur, yüksək həcmdə zənginləşdirilmiş uran ölkədən çıxarılıb müvafiq ölkələrdən birinə və ya MAQATE-yə göndərilir. O cümlədən, İranın özündə uran zənginləşdirmə mərkəzləri beynəlxalq müfəttişlərin ciddi nəzarəti altında fəaliyyət göstərir. Yüksək zənginləşdirmə sentrafuqları ölkədən çıxarılır və istehsalı dayandırılır.

Bunun qarşılığında isə İrana qarşı sanksiyalar götürülür, neft və qaz satışı bazarına geri dönür. Bu təklif ABŞ-ın maraqlarına cavab verir. Yəni Tehranın nüvə silahı əldə etmə riski aradan qalxır, bunun əvəzində bölgədə gərginlik yumşalacaq və güman ki, aralıq çərçivədə regionda müəyyən balanslı siyasətin konturları müəyyən olunacaq.

Lakin əlbəttə, bu proses və xüsusən də texniki detalların razılaşdırılması zaman tələb edəcək. Ancaq bunun əksi, yəni danışıqların dayanması daha əvvəl olmadığı qədər riskli vəziyyət yarada bilər. Buna ABŞ prezidenti son açıqlamasında da toxunub. Trampın sözlərindən belə məlum olub ki, İranın nüvə sahəsində hazırkı vəziyyətə gəlməsi ondan əvvəlki administrasiyanın günahıdır.

Məsələ ondadır ki, ABŞ–İran danışıqlarının dayanması riskli vəziyyət yaradır. Hər kəs anlayır ki, hazırda rəsmi olaraq 400 kiloqramdan çox 60 faizdən artıq zənginləşdirilmiş uran ehtiyatına malik İran nüvə silahı əldə etməyə çox yaxındır. Çünki ənənəvi nüvə silahları 90 faiz həcmində zənginləşdirilmiş urandan əldə olunduğu halda, İsrail, Şimali Koreya və Hindistan kimi ölkələr daha aşağı dərəcədə zənginləşdirilmiş uranla silah əldə etməyə nail olub. Bu da İranın nüvə silahı əldə etmə ehtimalını daha da yaxın edir. Bu mənada İranın nüvə məsələsi ilə bağlı çox geniş seçim imkanları yoxdur. Sadəcə, Qərb ölkələrini müəyyən mənada rahatladan İranın dini liderinin daxildəki təzyiqlərə rəğmən nüvə silahı ilə bağlı “haram” fətvasının üzərində dayanmasıdır.

Hazırda ABŞ və İran üçün danışıqların alternativi yoxdur. Çünki danışıqlar prosesinin dayanması İsrailin İrana zərbə endirməsi üçün əsas yaradır və bu həm də ABŞ-ın arzulamadığı bir münaqişəyə daxil olması deməkdir. Bu mənada indi nüvə danışıqlarının həm Vaşinqton, həm də Tehran üçün daha sərfəli alternativi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyun 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri