Icma.az
close
up
RU
Trampın bu açıqlaması ABŞ ı “ələ verdi” İsrailin hücumunun arxasında Vaşinqton dayanır? KONKRET

Trampın bu açıqlaması ABŞ ı “ələ verdi” İsrailin hücumunun arxasında Vaşinqton dayanır? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İran və İsrail arasında başlayan hərbi toqquşmalar regionda genişmiqyaslı dağıntılara səbəb olub. Hər iki tərəf öz mövqeyini haqlı hesab edir. İran hesab edir ki, nüvə proqramını inkişaf etdirmək hüququna malikdir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Digər tərəfdən, İsrail İranın nüvə proqramını bölgə üçün birbaşa təhlükə kimi görür. Bu proqramı məhv etməyə və regiondakı potensial təhdidləri neytrallaşdırmağa çalışır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib:

“Münaqişənin ilk günlərində ABŞ İsrailin hərbi əməliyyatlarında iştirak etmədiyini və qərarların Təl-Əviv tərəfindən müstəqil şəkildə verildiyini bəyan etsə də, sonrakı mərhələlərdə Vaşinqtonun İsrailə geniş hərbi dəstək verdiyi müşahidə olunub. ABŞ bölgəyə ağır texnika göndərərək, İsrailin müdafiəsini gücləndirməyə çalışır.

ABŞ prezidenti Donald Trampın, “Hamı Tehranı dərhal tərk etməlidir” açıqlaması Vaşinqtonun prosesin arxasında dayandığına dair şübhələri artırıb.

Qeyd edək ki, müharibədən əvvəl İranın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlar aparılıb. İrana 60 gün müddətində nüvə sazişinə geri dönmək üçün ultimatum verilsə də, bu müddətin başa çatmasından sonra Tehran əleyhinə sərt və radikal qərarlar qəbul olunub. Nəticədə, münaqişə silahlı qarşıdurmaya çevrilib”.

İ.Hüseynov vurğulayıb ki, hazırda bir sıra beynəlxalq güclər atəşkəs və danışıqlara vasitəçilik etməyə hazır olduqlarını bəyan etsələr də, real nəticələr əldə olunmayıb. Münaqişənin qısa müddətdə bitəcəyini mümkün hesab etmirəm. Bunun əsas səbəbi tərəflər arasında uzun illərdən bəri davam edən qarşılıqlı nifrət və düşmənçilik hissləridir.

“Təxmini hesablamalara görə, müharibə hər iki tərəfə gündəlik 300 milyon dollar xərcə başa gəlir. Bu isə tərəflərin hərbi və iqtisadi resurslarının sürətlə tükənməsi ilə nəticələnə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri