Icma.az
close
up
RU
Vaşinqton Təl Əviv xəttində gizli görüş: Trampın göstərişi ilə hərəkətə keçdilər

Vaşinqton Təl Əviv xəttində gizli görüş: Trampın göstərişi ilə hərəkətə keçdilər

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəsmilərinə qarşı həyata keçirdiyi hava hücumu beynəlxalq səviyyədə geniş rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb. Qeyd olunub ki, hücum nəticəsində biri Qətər təhlükəsizlik qüvvələrinin əməkdaşı, beşi isə HƏMAS üzvü olmaqla altı nəfər həlak olub.

İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter hadisəyə münasibət bildirərək sərt və qalmaqallı ifadələr işlədib:

“Biz sülh düşmənlərini və Qərb sivilizasiyasının düşmənlərini terror aktları törətmək imkanlarından məhrum etdikcə, region yaxşılığa doğru dəyişir. Əgər bu dəfə onları tutmasaydıq, növbəti dəfə yaxalayacağıq”.

Leiter həmçinin İsrailin hazırda müəyyən tənqidlərə məruz qaldığını, lakin bu istiqamətdə dəyişikliklərin ölkə üçün yaxşılığa doğru dönüş olduğunu deyib.

İsrailin “Haaretz” qəzetinə danışan anonim hökumət mənbə hücumdan dərhal sonra İsrail baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında iki dəfə telefon danışığı olduğunu açıqlayıb. Mənbənin sözlərinə görə, söhbətlər çox müsbət keçib.

İsrail Baş Nazirlik ofisi əməliyyatın tamamilə İsrail tərəfindən planlaşdırıldığını və icra edildiyini bəyan edib. Lakin anonim mənbələr bildirib ki, İsrailin bu hücumu birbaşa ABŞ lideri Donald Trampın istəyi ilə həyata keçirilib.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri