Icma.az
close
up
RU
Vaşinqton və Təl Əviv arasında böhran Netanyahu ABŞ ın maraqlarını niyə təhlükəyə atır?

Vaşinqton və Təl Əviv arasında böhran Netanyahu ABŞ ın maraqlarını niyə təhlükəyə atır?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. "ABŞ Prezidenti Baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib", – deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, söhbət zamanı iki ölkənin liderləri Fələstin hərəkatı HƏMAS-ın silahsızlaşdırılmasının və Qəzza sektorunun demilitarizasiyasının vacibliyini və buna sadiqliklərini vurğulayıblar. Bundan əlavə, onlar region ölkələri ilə sülh sazişlərinin genişləndirilməsini müzakirə ediblər.

Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, son addımlar İsrailin ABŞ-ın maraqlarına zidd mövqe tutduğunu göstərir:

“Başqa sözlə, İsrail hazırkı siyasətilə ABŞ-ın regiondakı maraqlarını təhlükəyə atır. Qəzzada əməliyyatları dayandırmaması, Livana endirdiyi zərbələr və genişlənən hərbi fəaliyyətlər Vaşinqtonda ciddi narahatlıq yaradır. Məsələ ondadır ki, İsrailin baş naziri Benyamin Netanyahu artıq müharibəni dayandıra bilməz. Çünki ölkə daxilində ona qarşı güclü etirazlar var, hakim dairələrin özündə də narazılıqlar artır, üstəlik beynəlxalq təzyiq yüksəlir. Netanyahu anlayır ki, müharibəni dayandırdığı halda hakimiyyətdən getməsi və hətta ağır formada məsuliyyətə cəlb olunması çox asanlaşacaq. Buna görə də savaşı davam etdirməyə çalışır və ABŞ-ın dəstəyinə arxalanır. İsrail bunu İrana qarşı 12 günlük hərbi toqquşmada sanki sınaqdan keçirdi.

ABŞ isə əksinə, Qəzzada əməliyyatların dayandırılmasını istəyir. Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ müharibə bitdikdən sonra Qəzzanın yenidən qurulmasına sərmayə qoymaq və bu prosesdə iştirak etmək niyyətindədir. Həm ümumi, həm də Donald Trampın şəxsi biznes maraqları mövcuddur. İkincisi, Vaşinqton ərəb dünyası ilə münasibətlərin pisləşməsini istəmir. Üçüncüsü, ABŞ İranın genişmiqyaslı müharibəyə başlama ehtimalından narahatdır. Çünki hazırda Tehranla nüvə proqramı üzrə danışıqlar aparılır və ABŞ bu prosesin konstruktiv yekunlaşmasında maraqlıdır. Son zamanlar ABŞ-la İsrail arasında münasibətlər kəskin şəkildə pisləşib və bunun əsas səbəbi rəsmi Təl-Əvivin siyasi “şıltaqlığı”dır. Yaxın vaxtlarda Netanyahunun ABŞ-a səfəri gözlənilir, lakin onun bu səfərdən imtina etməsi də istisna olunmur”.

Siyasi şərhçi qeyd edib ki, adətən Netanyahu özünə lazım olanda Vaşinqtona gedir: 

“İsrailin baş naziri dəfə yaxşı anlayır ki, bu səfər onun xeyrinə olmayacaq. Ona görə də Netanyahu bu səfəri mümkün qədər uzatmağa çalışacaq. Hətta həmin vaxta qədər Trampı müəyyən mənada fakt qarşısında qoymağa cəhd edə bilər. Yəni ABŞ prezidentinə belə bir mesaj verə bilər: “Ya mənimlə müttəfiqliyi seçməlisən, ya da İranı”. Əslində Trampın da İsrailə ehtiyacı var. O, İsraildən İrana qarşı bir növ Domokl qılıncı kimi istifadə edə bilər. Belə vəziyyətdə ABŞ–İsrail münasibətlərinin daha da gərginləşməsi mümkündür.

Bu fonda İran ağıllı tərpənib, əslində bu məsələdən öz xeyrinə istifadə eliyə bilər. Tehranın hazırda belə bir vəziyyətdə konstruktiv mövqeyi və güzəştə getməsi onun xeyrinə ola bilər”.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-nin vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib. Üçtərəfli saziş "İbrahim anlaşmaları" adını alıb. Sonradan Mərakeş və Sudan da İsraillə münasibətlərin normallaşdırıldığını elan ediblər. Bu sazişlərdən əvvəl İsrailin ərəb dövlətlərindən yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri mövcud idi.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri