Vaşinqton Ukraynaya bu raketləri gizlicə veribmiş ŞOK İDDİA
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Donetskdəki komanda məntəqəsinə endirilən zərbə yerində "JDAM" sistemi üçün qanad dəstlərinin istehsalçısı olan Avstraliyanın "Ferra Aerospace" şirkətinin markalanması ilə qəlpələr aşkar edilib.
Hurriyyet.media xəbər verir ki, "Defence Express"in məlumatına görə, dağıntıların xarakteri Birləşmiş Ştatların təhvil verilməsi barədə rəsmi elan edilməyən reaktiv mühərrikli ən yeni "JDAM-LR" qanadlı raketlərini Ukrayna Silahlı Qüvvələrinə gizlicə tədarük etdiyini göstərir.
226 kiloqramlıq "Mk-82" bombası və radioelektron mübarizə (REM) vasitələrindən mühafizə olunan yenilənmiş naviqasiya sistemi ilə təchiz edilmiş bu məxfi hərbi sursat 555 kilometrədək məsafədə yerləşən istehkamları vurmaq qabiliyyətinə malikdir.
Bununla yanaşı, raketi yalnız "F-16" qırıcıları deyil, həm də uyğunlaşdırılmış Sovet "Su-27" və "MiQ-29" təyyarələri də buraxa bilir.
Ekspertlərin qiymətləndirmələrinə görə, "JDAM-LR" raketlərinin gizli tədarükü hələlik son dərəcə məhdud sayda həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 28 Avqust 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















