Vaşinqton zəfəri: Azərbaycan həm müharibədə, həm də sülhdə qalib gəldi
Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“2025-ci il avqustun 8-i tarixə Güney Qafqaz üçün əbədi sülhə aparan yolda daha bir mühüm addımın atılması kimi düşdü. Həmin gün Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Fikrət Əliyev deyib.
Onun sözlərinə görə, beləliklə də, sülh müqaviləsinin paraflanması ilə illərdir “Azərbaycan sabah Zəngəzuru tutacaq” deyib iftira yağdıranların dili tutuldu: “Beynəlxalq aləmdə isə ölkəmizin nüfuzu bir az da artdı. Bu, həm də Ermənistanın illərlə apardığı vaxtudatma oyununu bitirdi. “Sülh kəsişməsi” kimi utopik planlarla mövzunu dəyişməyə çalışan İrəvan indi istəsə də, istəməsə də, Azərbaycanın israrla tələb etdiyi maneəsiz gediş imkanını qəbul edir. Yəni Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur”.
Fikər Əliyev onu da deyib ki, tarixdə müharibəni udub amma diplomatiyada uduzan çoxlu sayda ölkə var: “Lakin Azərbaycan həm müharibədə tam və mütləq qələbə qazanıb, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirib, həm də Vaşinqton zəfəri ilə sülhü qazandı. Bütün bu uğurların memarı isə Qalib ölkənin Qalib Lideri cənab İlham Əliyevdir”.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Avqust 2025 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















