Vaşinqton təxribatı, həm də Azərbaycan dövlətinə qarşı hücumdur
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Vaşinqtonda, Azərbaycan Prezidentinin qaldığı otelin qarşısında baş verən insdent dövlətə və dövlətçiliyə qarşı aparılan mübarizənin ən iyrənc formasıdır. Baş vermiş hadisə sıradan bir olay deyil, əvvəlcədən planlaşdırılmış, ssenarisi hazırlanmış təxribat cəhdidir".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı bir qrup təxribatçının Vaşinqtonda Azərbaycan Prezidentinin qaldığı otelin qarşısında törətdiyi təxribata və otelə girməyə göstərdiyi cəhdə münasibət bildirərkən səsləndirib. O deyib ki, təxribat cəhdinin məhz Vaşinqtonda baş verməsi də təsadüfi deyil:
"Birincisi, son aylar Vaşinqtonla Bakı arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq, əlaqələrdə müşahidə edilən dinamika okeanın o tayındaki erməni lobbisi və eləcə də onun maliyyəsi ilə hərəkət edən dairələri ciddi şəkildə narahat edib. Həmin şəbəkəyə Azərbaycandan müxtəlif adlar altında xarici ölkələrə getmiş mühacirlər də daxildir. Həm erməni lobbisi və ona qulluq edən dairələr, həm də antimilli ünsürlər olan həmin mühacirlər üçünsə ABŞ-Azərbaycan əlaqələrinin inkişafı məyusedicidir. Ona görə də bu cür təxribata əl atılır".
Arzuman Muradlı deyib ki, təxribat cəhdinin Ruben Vardanyana cəza hökmü çıxan ərəfəyə təsadüf etməsinə də diqqət ayırmaq lazımdır:
"Cənab Prezident bundan əvvəl də bir neçə dəfə Vaşinqtona səfər edib. Lakin həmin səfərlər zamanı belə bir insdent yaşanmayıb. Olayın məhz Vardanyanla bağlı məhkəmə qərarı çıxan ərəfəyə təsadüf etməsi də onu deməyə əsas verir ki, təxribat cəhdinin ssenari müəllifləri məhz Amerikadakı erməni lobbisi və ona xidmət edən dairələr, icraçıları isə Azərbaycandan mühacir etmiş radikal ünsürlərdir".
Arzuman Muradlı, "İstənilən halda Azərbaycan Prezidentinin qaldığı otelə hücum cəhdi həm də Azərbaycan dövlətinə qarşı hücumdur. Bu olay bir daha onu göstərir ki, bəziləri üçün dövlət, dövlətçilik, Vətən anlayışı tamamilə itib və Azərbaycan dövlətinə zərbə vurmaq üçün onlar hətta şeytanla da əməkdaşlığa gedərlər".
Süleyman
Bu mövzuda digər xəbərlər:Vaşinqton zəfəri: Azərbaycan həm müharibədə, həm də sülhdə qalib gəldi
12 Avqust 2025 22:07
Azərbaycan diplomatiyasının Vaşinqton akkordları
28 Sentyabr 2025 10:42
Paşinyan: Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur
18 Avqust 2025 19:22
“Vaşinqton razılaşması, həm də maraqların sövdələşməsidir”
16 Sentyabr 2025 17:20
Köçəryan:”Vaşinqton anlaşmasından yalnız Azərbaycan qazandı”
08 Oktyabr 2025 15:06
Baxış sayı:121
Bu xəbər 20 Fevral 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















